Ziya Məmmədovun “qoçuları”ndan qaçan sürücü körpüdən yıxıldı - FOTOLAR, VİDEO

img

23-04-2014 [16:00]


Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında bu dəqiqələrdə baş verən insident faciə ilə nəticələnib.

Aznews.az-ın avtovağzaldakı əməkdaşının verdiyi xəbərə görə, müfəttişlər sürücüdən sənədlərini tələb edərkən ikinci ərazidən qaçmaq istəyib və nəticədə körpüdən yıxılıb. Onun vəziyyətinin pis olduğu bildirilir.

Məlumata görə bu hadisə, vətəndaşlarla müfəttiş əməkdaşları arasında insidentə səbəb olub. Hadisə yerinə polis qüvvələri cəlb edilib.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov faktı təsdiqləyib. Onun sözlərinə görə, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücü ilə nəqliyyat müfəttişləri arasında mübahisə yaranıb: "Sürücü əlinə daş alıb əməkdaşlarımıza atıb. Əməkdaşımızın biri ayağından xəsarət alıb”.

Sürücünün körpüdən yıxılaraq xəsarət almasına gəlincə, bu barədə məlumatının olmadığını deyib.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA