Rövnəq Abdullayev borc içində üzür - 7 milyard

img

23-04-2014 [16:22]


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) konsolidasiya olunmuş borcu 6,8 mlrd. ABŞ dolları təşkil edir.

MİA-nın APA-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib. S. Qasımov bildirib ki, ümumi borcdan 1,1 mlrd. dolları kapital qoyuluşunun, 1 mlrd. dolları isə kommersiya təşkilatlarına olan borcun payına düşür.
"Şirkətin cəlb etdiyi vəsaitlər böyük layihələrə qoyulub. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb. "Azəri-Çıraq-Günəşli” layihəsindən 1,67% pay almaq üçün 485 milyon dollara qədər vəsait cəlb olunub. TANAP, TAP, "Şahdəniz 2” layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb”, - deyə o bildirib.
ARDNŞ-a olan borclara toxunan S. Qasımov bildirib ki, şirkətə ən çox borcu olan "Azərenerji” ASC-dir ki, bu məbləğ 280 mln. manata çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA