Çoxuşaqlı analara imtiyaz layihəsindən imtina edildi

img

23-04-2014 [16:21]


Azərbaycanda 5-dən çox uşağı olan analara müavinətlərin verilməsini nəzərdə tutan "Sosial müavinətlər haqqında” qanun layihəsinin qəbulu təxirə salınıb.

Milli Məclisdən modern.az-a verilən məlumata görə, qanun layihəsi artıq plenar iclasda müzakirəyə çıxarılmayacaq.

Buna əsas səbəb kimi isə hazırda ölkədə çoxuşaqlı ailələrin sayının az olması göstərilir.

Məlumata görə, bu gün Azərbaycanda 5 uşaqlı anaların sayı 900 nəfərdir.

Qeyd edək ki, layihədə çoxuşaqlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, uşaqların təhsilinə, ev şəraitinə yardım edilməsi kimi məsələlər öz əksini tapmışdı. Milli Məclisə göndərilən layihədə çoxuşaqlı ailələrə birdəfəlik müavinətlərin, həmçinin onlara ilbəil müavinətlərin verilməsi nəzərdə tutulurdu. Bundan əlavə, çoxuşaqlı ailələrdə valideynlərin və uşaqların müalicəsi üçün müavinətlərin verilməsi də təklif edilirdi.

Dövlət Statistika Komitəsinin məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilir. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür. Bütün bunları nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrin sayının artırılması, "Qəhrəman ana” statusunun bərpa olunması üçün layihə işləyərək, dövlət idarələrinə və Milli Məclisə təqdim etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA