“Strateji Düşüncə Mərkəzi” düşərgəyə səmərə verməyəcək

img

23-04-2014 [14:32]


"İsa Qəmbər kimi bacarıqsız bir insanın siyasi bioqrafiyasına nəzər salsaq görərik ki, bu adam ömür boyu cəfəngiyyat, boş, heç bir işə yaramayan qurumlar yaratmaqla məşğul olub. Bu insanlar anti-Azərbaycan əlehinə çalışan xarici qurumlardan nə sifariş alırsa, ona uyğun fəaliyyət göstərirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Müsavat Partiyasının başqanı İsa Qəmbərin, Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseynin və "El” Hərəkatının rəhbəri Eldar Namazovun birgə yaratdıqları "Strateji Düşüncə Mərkəzi” adlı qurumun elan olunmasına münasibətini bilrirərkən deyib.

MMP sədri qeyd edib ki, onların məqsədləri müxalifət düşərgəsinə hər hansı bir yenilik gətirmək deyil. Belə ki, əsas məqsəd xarici təşkilatlardan qrant almaqdır: "Xarici kəşfiyyatdan müəyyən maliyyə almaq üçün bu kimi addımlar atırlar. Bunların agentlikdən başqa nə işləri var ki? İstər Eldar Namazov, istərsə də İsa Qəmbər SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin agentləri olublar. Bunlar gündə bir dənə yararsız ideya irəli sürməklə gündəmdə qalmaq istəyirlər. İsa Qəmbər özü kimi avaralara müxtəlif vədlər verərək ətrafına toplayıb. Elə bir ad qalmayıb ki, o ad altında nəsə bir qrum yaratmayalar. Bu cür satqınlardan bundan artıq heç nə gözləmək olmaz. Ona görə də Azərbaycan xalqı onları qəbul etməyib, etməyəcək də”.

Əhməd Oruc: "Bunlar penisyaya çıxdıqdan sonra düşünməyə başlayıblarsa vəziyyətləri çətindir”

"Azadllq” Partiyasının sədri Əhməd Oruc isə qeyd edib ki, bu kimi qurumların yaradılması sadəcə cəmiyyəti aldatmağa yönəlib: "İyirmi il ərzində milləti aldadan, ictimai-siyasi proseslərdə bəlli nəticələri ortada olan, fəaliyyətləri ancaq pozuculuqdan ibarət olan radikal müxalifətin hansı ad altında mərkəz yaratmaları gülünc səslənir. Bu insanların yetmiş yaşdan sonra "Strateji Düşüncə Mərkəzi”ndə birləşmələri şübhəlidir”.

Partiya sədri onu da bildirib ki, bunlar ölkədə baş verən proseslərdə özlərini sınamamış olsaydılar bir qədər inandırıcı görünə bilərdi: "Amma bunlar penisyaya çıxdıqdan sonra düşünməyə başlayıblarsa vəziyyətləri çətindir”.

Əli Orucov: "Düşünməklə məşğul olsunlar”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov da sözügedən məsələylə bağlı qeyd edib ki, Müsavat, AXP, "El” Hərəkatı adlı qurumların yaratdıqları "mərkəz” siyasi düşərgəyə heç bir yenilik gətirə bilməyəcək: "Düşüncə mərkəzini yaradıblarsa o zaman heç nə ilə deyil, düşünməklə məşğul olsunlar. Hər hansı bir yenilik etmək istəyirlərsə, meydan açıqdır”.

AMİP rəsmisi son olaraq bildirib ki, belə qurumlar ənənəvi müxalifət düşərgəsini daha çıxılmaz vəziyyətə doğru aparacaq. Çünki xalq artıq kimin nəyə qadir olduğunu çoxdan müəyyənləşdirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA