Slovakiya Ukrayna üçün silah istehsal edəcək

img

02-10-2022 [17:27]


Slovakiya Danimarka, Norveç və Almaniyadan gələn pullarla Ukrayna üçün silah istehsal edəcək.

Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Danimarka hökuməti Slovakiya, Norveç və Almaniya ilə birlikdə "Zuzana-2" artilleriya sistemlərinin istehsalı və Ukraynaya verilməsi üçün Slovakiyaya maliyyə yardımı göstərmək niyyəti haqqında birgə bəyanat imzalayıb.

Yardımın ümumi məbləği 103,4 milyon dollar təşkil edəcək.

"Bu ianə ilə Danimarka yenidən Ukraynaya lazımi avadanlıqla kömək edir. Təəssüf ki, Ukraynada müharibə uzanacaq. Ona görə də ukraynalıların azadlıq uğrunda mübarizəsini gələcəkdə də dəstəkləməyimiz son dərəcə vacibdir", - məlumatda deyilir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA