Ukrayna hərbçiləri Liman şəhərini azad edib

img

01-10-2022 [13:10]


Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsi Rusiya hərbçilərindən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Şərq qrupları qoşununun nümayəndəsi Sergey Çerevat məlumat verib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA