Deputatın oğlunun dostu qaçdı - "Facebook"dan - FOTO

img

23-04-2014 [11:37]


Bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun avtoşluğu müzakirə olunur. 

Millət vəkili Elton Məmmədov dünən açıqlamasında sözügedən 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilin oğlu Aynar Məmmədova deyil, Zaur Bağırov adlı şəxsə məxsus olduğunu bildirmişdi və həmin şəxsi tanımadığını, oğlu ilə bağlı məlumatlar yayılandan sonra bu adamların ortaya çıxaraq avtomobilin texpasportunu təqdim etdiyini qeyd etmişdi.

Medianın qısa araşdırmasından sonra məlum oldu ki, Zaur Bağırov "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır və deputatın oğlu Aynar Məmmədovun ən yaxın dostudur.

Elə Zaur Bağırovun "Facebook”da paylaşdığı fotolarda da Aynar Məmmədovla çox yaxın olduqları aydın görünür. Sözügedən gənc sosial şəbəkələrdə dəbdəbəli və əyləncəli həyatını əks etdirən kifayət qədər foto paylaşıb. 

Qeyd edək ki, "Qafqazinfo” dünən Zaurun Facebook səhifəsindən bir neçə foto yayımlamışdı.  Lakin Zaur Bağırov medianın diqqətini görəndən sonra bu gün təcili olaraq "Facebook” səhifəsini bağlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA