23-04-2014 [10:23]
Rus çarı I Pyotr Krımda Osmanlı paşası Baltaçıoğluna əsir düşəndə ağlaya-ağlaya arvadı Katerinaya bu sözləri deyir:
"Məni ağladan öz taleyim deyil, heç vaxt əsarətdə olmayan türk torpaqları üzərində bir dövlət qurmaq cəhdi son dəfə mənə həvalə olunub. Türklər məni öldürsələr, son cəhd də iflas olacaq.” Katerinanın qurduğu plana aldanaraq, xeyli qızıl və Katerina da daxil olmaqla bütün saray qadınları qarşılığında Pyoturu azad buraxan bu paşa əldə etdiyi qəniməti Osmanlı paytaxtına göndərdikdə Sultan onu saraya çağırtdırıb "Sən bu müqavilə ilə, dünyanın gələcək xəritəsini dəyişdin paşa” -demiş və bu bağışlanılmaz tarixi səhvinə görə həmin sazişlə əldə edilmiş qızılı əritdirib, Baltaçıoğlunun boğazına tökdürmüşdür.
Prussiyadan gəlib Rusiya dövləti quran bu almana Qərbin bütün dövlətləri dəstək verirdi ki, Türk torpaqlarında anti-türk dövləti qurulsun. Amma bir şeyi unutdular ki, bu qədər güc sonra özlərinə problem ola bilər. Qeyd edək ki, bu səhvdən sonra Qərb daha heç kimə sona qədər dəstək vermədi.
Prussiyanın parçası olan Rusiya isə birinci elə Prussiyaya qənim kəsildi. Sonra isə Rusiyanın varisi Prussiyanın varisinə. Daha sonra da Qərbin başına bəla oldu bu anti-türk dövləti. Bu "sərxoş slavyan”-ın adını rus qoyub, əlini atom silahına qədər çatdıran Qərb, indi sərxoş olmuş bir əlisilahlının silah anbarında hamını hədələməsi qarşısında acız qalan məsuliyyətlilərə bənzəyir…
Əslində bu bənzətmələr, bu gün Rusiyanın rəhbərliyi haqqında Qərb liderlərinin ifşa olunmuş məxfi danışıqları zamanı etdiyi bənzətmələrdən daha yumşaq və daha səmimidi. Öz aralarında Rusiya rəhbərliyini Krım hadisələrinə münasibətində "bu dünyanın adamı olmayan”, "göydə uçan”, "ruh halında olan”, "psixoloji problemləri olan”, "Hitler kimi düşünən” ifadələri ilə xarakterizə etmələri məncə bəs edər ki, yuxarıda yazdıqlarımızda haqlı olduğumuzu deyək.
Rusiya bütün beynəlxalq qanunları pozaraq, Avropanın bir parçası hesab olunan Ukraynanın bir hissəsini işğal etdi. Qərb bunu işğal hadisəsi kimi tanısa da demək olar ki, heç bir ciddi tədbir görülmədi. Hərbi ekspertlər bunu Rusiyanın Krımdakı hərbi gücü ilə bağlamırlar. Çünki, nəinki NATO-nun, hətta təkcə Türkiyənin Qara Dənizdə Rusiyaya qələbə çala biləcək hərbi gücə sahib olması bildirilir. Belə ki, hərbi ekspertlərə görə, müasir təchizata sahib Türk Donanması üçün, 50 il əvvəlin istehsalı olan rus hərbi gəmilərini sıxışdırmaq elə də çətin görünmür. Rusiyanın Krımdakı quru qoşunları da nəinki NATO-ya, MDB-də ikinci hərbi gücə sahib olan Ukraynanın özünə də həvalə oluna bilərdi. Bu başqa bir mövzudur ki, Ukrayna rəhbərliyi nə üçün ərazi bütövlüyü üçün Qarabağ misalı Rusiya ilə açıq döyüşə girmədən, Qərbin razılığını gözlədi. Lakin, bu faktdır ki, Qərb Ukrayna üçün müharibə variantını məqbul saymadı və Ukraynanın demoqratik hakimiyyəti də bununla razılaşdı. Bu açıq oyunu dünyanın tanınmış ekspertləri Rusiyanın nüvə başlıqlı raketlərə və atom bombasına sahib olması ilə əlaqləndirdilər. Hesablamalara görə, NATO-nun müdaxiləsi zamanı Rusiyanın nüvə başlıqlı raketlərə əl atması dünya üçün bir təhlükədir. Hətta, Rusiyanın sahib olduğu atom silahlarını istifadə belə edə bilməsə və onların yerində partlaması belə böyük bir bəşəri faciəni yaratmış olar.
Tanınmış ekspertlərin bu yanaşmaları, yazının əvvəlindəki bənzətməmizin nə qədər yerində olmasının izahıdır: sərxoş olmuş bir əlisilahlının silah anbarında hamını hədələməsi…
Rusiyanın əlindəki o silah təkcə atom deyil, həm də enerji qaynaqlarıdır. Müasir dünyanın xəritəsinin enerji faizinə görə çəkildiyi bir vaxtda Rusiyanın hədə vasitələrindən biri də sahib olduğu qaz və neftlə bağlıdır. Ekspertlər Rusiyanın sahib olduğu bu avantajı atoma bərabər qiymətləndirirlər. Lakin, sərxoşun ilk şapalaqdan ayılması da var… Hərbi müqaviməti riskli hesab edən Qərb, hər halda ciddi iqtisadi enbarqolara əl ata bilərdi. Rusiyaya qarşı verilmiş sanksiyalar hələ ki, cəmi 10 rus şirkətini əhatə edir. Deməli, əslində baş verənlər Rusiyanın gücü yox, Qərbin Rusiyaya qarşı hələ konkret tədbir görmək istəməmələri ilə bağlıdır. Buna da maraqların uyğun gəlməsi səbəb ola bilər. Bütün ehtimallar səslənir, amma Krımın məhz bir Türk torpağı olmasının üstündən Qərb sükutla keçir. Oradakı etnik rusların hüquqları Rusiyanı "maraqlandırırsa”, Türkiyənin Krım türklərinin haqları uğrunda atdığı addımlar nədən üzv olduğu NATO tərəfindən dəstəklənmədi?! Bəlkə, Şimal türklərinin hansısa bir şəkildə hələ də rusların əsarətində qalmasında maraqlar üst-üstə düşür?! Ondandır ki, Rusiyanın təsir dairəsindən çıxan Ukrayna ilə birlikdə Krım da Avropa ailəsinə daxil edilmir…
Ukraynanın iqtisadi əlaqələri əsasən iki dövlətlə qurulub. Bunlardan biri Rusiyadırsa, digəri də Türkiyədir. Həm də iqtisadi əlaqələrin Türkiyənin xeyrinə ilbəil artması qarşısıalınmaz bir inkişaf xəttindədir. Həm də, hazırkı durumda da strateji baxımdan üstünlük Türkiyənin xeyrinədir. Çünki, əgər Rusiya ilə iqtisadi münasibətlər əsasən ağır sənaye üzərində qurulubsa, Türkiyənin Ukraynada nüfuzu elm, turizm, tekstil və yüngül sənayəsində özünü göstərir. Hər hansı bir türk dövlətinin qollarının qısalmasında daim müttəfiq olan dünya gücləri, Türkiyənin əllərini Ukraynadan kəsmək üçün, bir bufer zonanın yaradılması üçün Rusiyanın Krımı işğal etməsi digər güclərin də marağını təmin etməsi ehtimalı olduqca yüksək görünür. Həm də Ukraynanın daha iki türk dövləti olan Azərbaycan və Qazağıstanla strateji mütttəfiqliyini sarsıtmaq üçün və bu müttəfiqlikdə Krım türklərinin rolu çox olduğundan, onların zərərsizləşdirilməsi üçün, işğal daha bir marağı təmin edirmiş kimi görünür.
Bütün hallarda, hansı maraqlardan irəli gəlirsə-gəlsin ortada bir işğal faktı var. Və həm Qərbin, həm də Rusiyanın ekspertləri işğalçının bu işğalla qazanmadığını, əksinə öz sonunu hazırladığını proqnozlaşdırırlar. Türk torpaqları üzərində qurulmuş və qonşu türk respublikalarını da daim təhdid altında saxlamağa çalışan Rusiya işğalçılıq siyasətindən əl çəkmir. Deməli, Rusiyanın dağılması ən çox türk millətinin xeyrinədir. Dolayısı ilə isə bütün bəşəriyyətin. Artıq əli silahlı bu "sərxoşu” ya ayıltmaq, ya da silahını əlindən almaq lazımdı. Sərxoşun rus olması, birinci versiyanı inanılmaz etdiyi üçün, dünyanın əlacı ikinci yolu seçməyə qalır.
Həbib Ələkbərsoy
Milli Dirçəliş Hərəkatı Partiyasının
ideoloji məsələlər üzrə sədr müavini
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib