Məcburi köçkünlər üçün tikilən evlər satışa çıxarlır - Baş nazir qaydaları təsdiqlədi
CƏMİYYƏT
27.09.2022, 10:55
Nazirlər Kabineti "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası"nı təsdiq edib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərari ilə bu Qayda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin açıq auksion formasında keçirilən hərrac satışı qaydasını müəyyən edir.
Belə ki, Azərbaycan Prezidentinin 2022-ci il 11 aprel tarixli 1661 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”na uyğun olaraq mənzillərin ƏƏSMN-nin rəsmi internet saytı vasitəsilə onlayn qaydada satılması mümkün olmadıqda onların satışı hərrac vasitəsilə həyata keçirilir.
Mənzillərin hərrac vasitəsilə satışı Nazirliyin sifarişi əsasında, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs (Təşkilatçı) tərəfindən təşkil edilir.
Hərracın təşkili
Mənzillərin hərracda satılması məqsədilə Nazirlik mənzillərə dair Qaydanın 2.6.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları təqdim etməklə, Təşkilatçıya müraciət edir və onunla hərracın təşkilinə dair müqavilə bağlayır.
Təşkilatçı hərraca hazırlıqla bağlı aşağıdakı tədbirləri görür:
- bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumat verir;
- hərracda iştirak etmək istəyən şəxslərdən sifarişləri və ona əlavə olunmuş sənədləri elektron qaydada və ya kağız daşıyıcıda qəbul edir, onların qeydiyyatını aparır;
- hərracların keçirilməsi üzrə komissiya yaradır və onun işinə müstəqil ekspertləri cəlb edir;
- hərracın iştirakçıları ilə hesablaşmalar aparır.
Mənzillərin başlanğıc qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.
Hərracın keçirilməsi məqsədilə Təşkilatçı tərəfindən 5 (beş) üzvdən – Nazirliyin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (2 nəfər) və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər) nümayəndələrindən ibarət Komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiyanın sədri komissiya üzvləri sırasından bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq keçirilən səsvermə yolu ilə seçilir.
Komissiyanın qərarları hər bir Komissiya üzvünün bir səsi olmaqla, açıq səsvermə yolu ilə iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komissiyanın iclaslarında üzvlərinin azı üçdə ikisi iştirak etdikdə, Komissiya səlahiyyətlidir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər.
Komissiya aşağıdakı vəzifələri yerinə yetirir:
- hərracın keçirilməsini təmin edir;
- Təşkilatçı tərəfindən təqdim olunmuş məlumatlar (sənədlər) əsasında hərrac iştirakçılarının qeydiyyatını aparır;
- hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, hərracı dayandırır və bu barədə Təşkilatçıya məlumat verir;
- hərracın qalibini müəyyən edir;
- hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün Təşkilatçıya təqdim edir;
- Təşkilatçı tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirir.
Mənzillərin açıq hərraca çıxarılması və satılması
Təşkilatçı hərraca çıxarılan mənzil haqqında hərrac gününə ən azı 30 (otuz) gün qalmış mediada və özünün rəsmi internet səhifəsində hərracın keçirilmə forması, hərraca çıxarılan mənzilə dair bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş məlumatları, mənzilin başlanğıc qiymətini, sifarişlərin qəbulunun başlanma və bitmə tarixini, sənədlərin qəbulu yerinin ünvanını, hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısını, hərracın keçirilmə tarixini, vaxtını və ünvanını, mənzilin başlanğıc qiymətinin 5 (beş) faizi məbləğində hesablanan behin məbləğini və onun köçürülməsi üçün müvafiq bank hesabını, hərracın qalibinin müəyyənləşdirilməsi barədə məlumatları əks etdirən hərracın keçirilməsinə dair bildiriş dərc etdirir.
Hərracda iştirak etmək üçün verilən sifarişə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələri nəzərə alınmaqla behin ödənilməsini təsdiq edən sənədin surəti, hüquqi şəxsin nizamnaməsinin və qeydiyyat şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri, sifarişi təqdim edən şəxs fiziki şəxs olduqda isə onun şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd də təqdim edilməlidir.
Bu Qaydanın 3.2-ci bəndində qeyd edilən sənədləri hərracın başlanmasına ən geci 3 (üç) iş günü qalanadək təqdim edən fiziki və ya hüquqi şəxs hərracın iştirakçısı olmaq hüququnu əldə edir.
Hərrac keçirilmədikdə, fiziki və ya hüquqi şəxs bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulmuş hallarda hərracda iştirak etməyə buraxılmadıqda və ya iştirakçı hərracın qalibi olmadıqda beh geri qaytarılmalıdır. Bildirişdə başqa qayda nəzərdə tutulmadıqda,
Təşkilatçı müvafiq protokol tərtib etməklə hərracı keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci 3 (üç) iş günü qalmış imtina edə bilər.
Bu Qaydanın 3.4-cü bəndində göstərilən müddəti pozmaqla hərracın keçirilməsindən imtina olunduqda, iştirakçılara dəyən real zərərin əvəzi Təşkilatçı tərəfindən ödənilir.
Sifariş və ona əlavə edilmiş sənədlər Təşkilatçı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılan şəxslərə onların hərracda iştiraketmə nömrəsi əks olunan bilet verilir.
Hərracın keçirilməsinə dair sifariş vermiş şəxs aşağıdakı hallarda hərracda iştirak etməyə buraxılmır:
- sifariş vermiş şəxs müvafiq normativ hüquqi aktlara uyğun olaraq iştirakçı kimi tanınmadıqda;
- sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;
- bildirişdə göstərilən sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud düzgün tərtib edilmədikdə;
- beh Təşkilatçının hesabına bildirişdə göstərildiyindən az məbləğdə və ya bu Qaydanın 3.3-cü bəndində müəyyən edilmiş
Hərraca çıxarılan mənzilin satışına onun başlanğıc qiyməti elan olunduqdan sonra başlanılır. Hərraca çıxarılan mənzilin başlanğıc qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif başlanğıc qiymətin 1 (bir) faizindən az olmamalıdır.
İştirakçılar öz biletlərini qaldırmaqla, elan olunmuş qiymətə mənzili almağa razı olduqlarını bildirirlər.
Hərraca çıxarılan mənzilin yeni satış qiyməti üç dəfə təkrar edilir. Təklif olunmuş qiymətə dair digər iştirakçılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır.
Başlanğıc qiymət üç dəfə elan olunduqdan sonra iştirakçılardan heç biri biletini qaldırmadıqda, hərrac baş tutmamış hesab olunur.
Mənzillərin satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya mənzil satılmadıqda), üçüncü hərracda həmin mənzilin satış qiyməti başlanğıc qiymətin 10 (on) faizi həcmində, dördüncü hərracda başlanğıc qiymətin 20 (iyirmi) faizi həcmində, beşinci hərracda başlanğıc qiymətin 30 (otuz) faizi həcmində aşağı salınır.
Ödənilmiş beh satılan mənzilin satış qiymətinə daxil edilir. Hərracın qalib gəlməyən iştirakçılarının ödəmiş olduqları beh Təşkilatçı tərəfindən təqdim edilmiş siyahılar üzrə 10 (on) iş günü müddətində geri qaytarılır.
Hərracın qalibi hərrac başa çatdıqdan sonra ən geci 10 (on) iş günü ərzində iştirak üçün verdiyi beh nəzərə alınmaqla alış qiymətini ödəməlidir.
Bu Qaydanın 3.11-ci bəndinə uyğun olaraq hərrac baş tutmadığı hallarda, iştirakçıların ödədikləri beh geri qaytarılmır.
Hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda və yaxud həmin protokolun Təşkilatçı tərəfindən təsdiqindən sonra 10 (on) iş günü müddətində ödənilməli olan pul vəsaitini müəyyən edilmiş hesaba köçürmədikdə hərracın nəticələri ləğv edilir və ödənilmiş beh geri qaytarılmır.
Bu Qaydanın 3.15-ci və 3.16-cı bəndlərində qeyd olunan hallarda mənzillərin hərrac vasitəsilə yenidən satışı Nazirlik tərəfindən bu Qaydaya əsasən həyata keçirilir.
Hərracların təşkili ilə əlaqədar Təşkilatçıya mənzillərin yekun satış qiymətinin 3 (üç) faizi məbləğində xidmət haqqı ödənilir.
Mənzillərin satışından daxil olan vəsait bu Qaydanın 3.18-ci bəndi ilə müəyyən olunan xidmət haqqı çıxılmaqla, 3 (üç) iş günü müddətində Nazirliyin bu məqsəd üçün açdığı xüsusi hesabına köçürülür.
Satılmış mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi
Hərracın nəticələri onun başa çatdığı gün Komissiya üzvləri tərəfindən imzalanan protokolla rəsmiləşdirilir. Həmin protokol əsasında hərrac başa çatdığı gün hərracın nəticələrinə dair Təşkilatçı və hərracın qalibi və ya onun nümayəndəsi arasında iki nüsxədə yekun protokol tərtib edilir.
Yekun protokolda Təşkilatçı və hərracın qalibi haqqında məlumatlar, satılmış mənzil barədə bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş məlumatlar, yekun satış qiyməti əks olunur. Yekun protokolu imzalamaqdan boyun qaçıran Təşkilatçı hərracın qalibinə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən real zərərin əvəzini ödəməlidir.
Hərrac nəticəsində satılmış daşınmaz əmlak üzərində hərrac qalibinin hüquqlarının dövlət qeydiyyatının aparılması məqsədilə bu Qaydanın 4.1-ci bəndində müəyyən edilmiş qaydada imzalanan yekun protokol bu Qaydanın 3.14-cü bəndinə uyğun olaraq ödəniş etdikdən sonra Təşkilatçı tərəfindən 5 (beş) iş günü müddətində elektron qaydada daşınmaz əmlakın dövlət reyestrinə göndərilir və bu barədə hərracın qalibinə onun əks-əlaqə vasitələrinin biri ilə məlumat verilir.
Hərracın qalibi müvafiq məlumatı əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qeydiyyat orqanına müraciət edir.
Həmin müraciət əsasında hərracın qalibinin mənzil üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və dövlət reyestrindən elektron çıxarış rəsmiləşdirilir.
Təşkilatçı hərracın nəticələri haqqında məlumatı hərracın keçirildiyi gündən 15 (on beş) iş günü müddətində mediada dərc (elan) etdirir və özünün rəsmi internet səhifəsində yerləşdirir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Beynəlxalq İnvestisiya Forumunda yeni sənədlər imzaalndı - Prezidentin iştirakıyla + FOTOLAR
Bugün, 11:34 GÜNDƏM
-
Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb - Açıqlama
Bugün, 10:53 GÜNDƏM
-
"Azərbaycan Las-Veqas, Dubay və Mayaminin..." – Emin Ağalarov
Bugün, 10:45 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR
Bugün, 10:00 GÜNDƏM
-
Ceyhun Bayramov BMT-də: "Qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır" - "Biz hazırda de-fakto sülhə nail olmuşuq, bundan əlavə..."
Bugün, 09:12 SİYASƏT
-
Qaradağ rayonunda vulkan püskürüb
Bugün, 09:05 CƏMİYYƏT
-
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO
Bugün, 00:41 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:12 CƏMİYYƏT
-
"Prezident Ərdoğan o vaxt mənə açıq dedi ki..." - "Partiya təkadamlıqdır ki, belə özyanından qərar verisən?"
25.09.2026, 22:34 SİYASƏT
-
UEFA "Fənərbağça"nın cəzasını azaltdı
25.09.2026, 21:59 İDMAN
-
Deputat və dövlət qulluqçularının pensiya sistemi dəyişir - DETALLAR
25.09.2026, 21:20 İQTİSADİYYAT
-
NATO həyəcan siqnalı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)
25.09.2026, 21:20 GÜNDƏM
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir: qudalar, ər-arvadlar və... - DETALLAR BƏLLİ OLDU (YENİLƏNİB)
25.09.2026, 19:56 GÜNDƏM
-
Prezident: "Hərbçilərin həlak olması xəbəri bizi son dərəcə sarsıtdı"
25.09.2026, 18:19 GÜNDƏM
-
PA-nın vəzifəli şəxslərinin oktyabr ayı üzrə - QƏBUL GÜNLƏRİ
25.09.2026, 18:10 GÜNDƏM
-
Nazir, Komitə sədri.. - Onların gələn ay üzrə qəbul günləri açıqlandı + CƏDVƏL
25.09.2026, 18:00 GÜNDƏM
-
Əli Əsədov büdcə ilə bağlı qərar imzalayıb
25.09.2026, 17:51 İQTİSADİYYAT
-
Ərdoğan "Türkiyə ordusu Yəməndə Husilərə qarşı savaşa girəcəkmi?" sualına belə cavab verdi
25.09.2026, 17:35 GÜNDƏM
-
"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib
25.09.2026, 17:30 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli kadrlarıını öz kadrları ilə əvəzləyir (Yenilənib)
25.09.2026, 17:21 CƏMİYYƏT
-
Burak Yılmaz Super Liqaya geri döndü
25.09.2026, 17:08 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
25.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki..." - Sahil Babayev
25.09.2026, 16:53 İQTİSADİYYAT
-
Zaur Hacıyev istefaya göndərildi
25.09.2026, 16:42 İDMAN
-
"Kristal”ın vergi borcu yaranıb
25.09.2026, 16:23 İQTİSADİYYAT
-
İngiltərədə it-pişik saxlayanlara xəbərdarlıq olundu - Gənə təhlükəsi
25.09.2026, 16:04 DÜNYA
-
Yeni idman dünyası Kinon TV-də: “Setanta Sports & TV” paketi istifadəyə verildi
25.09.2026, 15:47 PRESS
-
RƏİS MÜAVİNİNƏ GENERAL RÜTBƏSİ VERİLDİ - O, kimdir?
25.09.2026, 15:36 SİYASƏT
-
Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI
25.09.2026, 15:35 GÜNDƏM
-
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb
25.09.2026, 15:29 GÜNDƏM
-
Qab-qazan, boşqab, bıçaq və “Siqaret çəkmək qadağandır” nişanı - Əmrullayev dövlətin 7 milyon manatını bunlara xərcləyəcək
25.09.2026, 15:14 İQTİSADİYYAT
-
VƏZİFƏDƏN AZAD OLUNAN İCRA BAŞÇISI TƏHSİL NAZİRİ TƏYİN EDİLDİ
25.09.2026, 15:05 GÜNDƏM
-
ABŞ əsgərləri niyə diz çökdü? - Çin liderinin təyyarədən eniş anında maraqlı hadisə yaşanıb (FOTO)
25.09.2026, 14:57 GÜNDƏM
-
İran ABŞ-ı yeni silahı ilə hədələyir: "Əgər bizə hücum olsa..."
25.09.2026, 14:41 DÜNYA