Ermənilər Azərbaycan səfirliyinin binasına hücuma cəhd edib

img

17-09-2022 [00:17]


Ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.

Mia.az Report-a istinadla xəbər verir ki, bu ölkədə yaşayan 1 000 nəfərədək erməni təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib.

Qeyd edək ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar edirlər.

Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA