Blinkendən sərhəddəki döyüşlə bağlı bəyanat: "Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq”

img

13-09-2022 [09:12]


ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinken adından yaydığı bəyanatda deyilir. 

“ABŞ Ermənistan və Azərbaycan sərhədində baş verən toqquşmalardan dərin narahatdır və buna görə də tərəfləri atəşi dərhal dayandırmağa çağırır”, - bəyanatda vurğulanıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA