Ərdoğan Putinə haqq qazandırdı: "Onunla müzakirə aparacağıq"

img

08-09-2022 [14:47]


“Rusiyadan hələlik taxıl daşınmır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır”.

Mia.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib: “Bəli, taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”.

Xatırladaq ki, dünən Putin açıqlama verərək, taxıl ixracı ilə bağılı aldadıldıqlarını deyib. O bildirib ki, Ukrayna taxılı kasıb  Afrika ölkələrinə deyil, Avropaya daşınır.


Digər xəbərlər
SON XƏBƏRLƏR