Hafiz Hacıyev: “Rauf Mirqədirov və Leyla Yunus illərin dostu və satqınlarıdır”

img

21-04-2014 [15:58]


"Düşünürəm ki, Azərbaycanda jurnalist Rauf Mirqədirovu tanımayan adam yoxdur. Bu insan vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü olub və ömürboyu xarici dövlətlərə işləyib”. Bunu SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, Rauf Mirqədirov və Leyla Yunus hər zaman Azərbaycana qarşı mənfi addımların atılmasında birgə iştirak ediblər: "Bu mənada Rauf Mirəqdirovun dövlətə xəyanətdə ittiham edilməsi normal haldır. Bu gün Azərbaycanın inkişafına xələl gətirən insanlar kimliyindən asılı olmayaraq, hər biri məsuliyyət daşımalı və cinayətə sövq edilməlidir. Azərbaycanda Rauf Mirqədirov kimi insanlar da var.

Leyla Yunusun özü erməni olduğu üçün təbii ki, erməniləri də müdafiə etməlidir. Təbii ki, buna təəccüblənməməliyik. Əgər bir satqın digər bir satqını özünə qoşursa və birgə əməkdaşlıq edirlərsə, bunun özünün də cavab veriləsi nüanasları var. Hesab edirəm ki, Rauf Mirqədirovun Azərbaycanın əleyhinə işləməsi illərə söykənir. Bu insanlar Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsindən sonra Sürət Hüseynova işlədilər. Bu bir faktdır. Bunları Rauf Mirqədirovun yazıları da isbat edə bilər. Onlar düşünürdülər ki, Sürət Hüseynov hakimiyyətə gəlsə, hər şey dəyişə bilər. Bu mənada Rauf Mirqədirovla Leyla Yunus nəinki bugünün, illərin dostu və satqınlarıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA