Paşinyan: “Bu məsələ Rusiyanın dəstəyi ilə həll olunacaq”

img

07-09-2022 [12:19]


“Rəsmi Yerevan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda çıxış edərkən bildirib.

“Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşdırılmasına ümid edir”, - hökumət başçısı vurğulayıb/Report.

Paşinyan daha sonra bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə Üçtərəfli Komissiyanın işində irəliləyiş var: “Ümid edirik ki, bu məsələ Rusiyanın dəstəyi ilə həll olunacaq”.

Paşinyan Rusiyanın regionda əsas təhlükəsizlik faktoru olduğunu xüsusi qeyd edərək, bəzi qüvvələrin Ermənistan hakimiyyətini həddən artıq qərbpərəst, ya da rusyönümlü kimi təqdim etməyə çalışdığını bildirib: “Həmin qüvvələr bu hərəkətləri ilə regionumuzda vəziyyəti de-stabilləşdirmək istəyirlər”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR