Sahibə Qafarova Özbəkistana gedir

img

06-09-2022 [18:05]


Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək üçün sentyabrın 7-də Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edəcək.

Mia.az Milli Məclisə istinadla bildirir ki, Milli Məclisin sədrinin Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin birinci sessiyasında “Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması” mövzusunda çıxışı gözlənilir. Sammitdən sonra qadın parlament sədrlərinin iştirakı ilə keçiriləcək dəyirmi masanın yekununda Daşkənd Bəyannaməsi qəbul olunacaq.

Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

İşgüzar səfər sentyabrın 10-da başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA