Gənclər yeni sədr seçdilər

img

21-04-2014 [13:26]


VHP Gənclər Təşkilatının X konfransı keçirib. Partiyadan MİA-ya daxil olan xəbərə görə, iclasda "Azad Gənclik” təşkilatı İdarə Heyətinin üzvü Şəfaqət Məmmədova, Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas, "Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ramin Hüseynov, AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Elnur Məcidli, "Gənclər Klubu” İctimai Birliyinin təmsilçisi Zaur Əkbər və "Dalğa” Gənclər Hərəkatının sədri Hacı Zeynallı çıxış ediblər. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı çıxışında partiya mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın müasir, yeni nəslini təmsil edən bütün gəncləri doğma saydığını söyləyib: "Atalar və oğullar problemi olsa da, övladlar müəyyən vaxt keçdikdən sonra elə öz atalarına, böyüklərinə oxşayırlar və onlardan qalmış irsin əzablarını çəkə-çəkə şəraiti yaxşılaşdırmağa cəhd göstərirlər. Mən gəncliyimizin bizdən incikliyini başa düşürəm. Çünki onlar bölünmüş, parçalanmış, ərazisinin 20 faizi işğal olunmuş bir Azərbaycanı görürlər. Müstəqil dövlətləri olsa da, onun çoxlu problemləri var”.

Sonra gizlin səsvermə keçirilib və Tural Hüseynli 93 səslə VHP Gənclər Təşkilatının yeni sədri seçilib. Açıq səs vermə nəticəsində Məclis üzvlüyünə isə Tural Hüseynli, İsmi Şahzadə, Vüsal Namiqoğlu, Fəridə Tağıyeva, Günay Əsgərli, Azadə Azad, Eldar Hacıyev, Tural Azad, Vüsal Mehdiyev, İlkin Quliyev, Aqşin Şabanov, Ülvi Məmmədli, Məmməd Yusifli, Əvəz Babayev, İbrahim Quluzadə, Bəhruz Rüstəmxanlı, Nəzrin Yusifova, Kamran Məmmədli, Aysel Kərim, Ziya Quliyev, Nurlan Ağayev, Nəzarət Təftiş Qrupuna isə Nicat Kamal, Aytac Əmralıyeva və Kamil Rüstəmxanlı seçiliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA