Leyla Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yayıb

img

21-04-2014 [11:23]


Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yayıb. "Azadlıq” qəzetinin məlumatına görə, bəyanatda deyilir ki, Rauf Mirqədirova dövlətə xəyanət, casusluq ittihamı verilməsi Ermənistanın vətəndaş cəmiyyəti ilə hər hansı əlaqələrə və xalq diplomatiyasına tam qadağa qoyulması deməkdir: "Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi həm bizim əməkdaşlarmızla, həm də müstəqil surətdə dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb. Azərbaycanın Avropa Şurası qarşısında Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə öhdəliyi var. Minsk qrupu həmsədrləri simasında ATƏT-in rəsmi nümayəndələri daim iki ölkə arasında xalq diplomatiyasını gücləndirilməyə, vətəndaş cəmiyyətlərinin əlaqələrini canlandırmağa çağırır”.

Leyla Yunus qeyd edir ki, atəşkəs müqaviləsinin imzalandığı 20 il ərzində sülhə nail olmaq səylərinin heç bir nəticə vermədiyi, əksinə, hər iki ölkədə düşmənçilik təbliğatın artdığı bir şəraitdə vətəndaş cəmiyyəti fəallarının əməkdaşlıq etməsi son dərəcə vacibdir. Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda QHT-lərin təşkil etdiyi və Ermənistandan dəvət olunmuş həmkarların iştirakı ilə konfransların keçirilməsi mümkün deyil. Son 10 il ərzində birgə görüşlər yalnız Azərbaycandan kənarda, o cümlədən Ermənistan baş tuta bilir. Jurnalist-tədqiqatçı Rauf Mirqədirova - Ermənistanda keçirilən konfransların və bu ölkənin QHT-ləri ilə birgə layihələrimizin fəal iştirakçısına - qarşı dölətə xəyanət, casusluq ittihamı irəli sürülməsi Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının bundan sonra Ermənistana səfərlərini və Azərbaycanda xalq diplomatiyası və vətəndaş cəmiyyətinin inkişafını qeyri-mümkün edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA