Əli Əliyev həbsxanada dava edib - Fakt araşdırılır

img

01-09-2022 [16:13]


Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev həbsxanada davaya qarışıb.

Onun Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Əli Əliyev iş üzrə şahid qismində dindirilib/Qafqazinfo.

Qeyd edək ki, partiya sədri 3 müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin həbs müddəti yanvarda başa çatır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA