Narkotik satanlarla bağlı araşdırma aparan bloqerin maşınından oğurluq olub

img

31-08-2022 [10:03]


Bakıda bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edən şəxs tutulub.

Məlumata görə, həmin şəxs paytaxt sakini, 1997-ci il təvəllüdlü Əli Kazımovdur.

O, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, Ə.Kazımov dəfələrlə oğurluq əməllərinə görə məhkum edilib.

Faktla bağlı araşdırma aparılır/Report.

Qeyd edək ki, ötən həftə gecə saatlarında N.Kəmərlinin yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilinə daxil olan naməlum şəxs oradan "Canon” markalı fotoaparat oğurlayıb. Həmçinin avtomobilin maqnitafonu sındırılaraq yararsız hala salınıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA