Azərbaycanlı şairin İstanbulda sənədləri oğurlandı

img

29-08-2022 [16:09]


Türkiyənin İstanbul şəhərində azərbaycanlı şair Şəhriyar del Geraninin əşyaları oğurlanıb.

Bu barədə şair Ramil Əhməd məlumat verib.

“Bir aydır Şəhriyar del Gerani ilə İstanbulda eyni evdə yaşayırıq. Onun qonağı gəldiyinə, mənim də Konyada işlərim olduğuna görə 1 həftəlik Konyaya gəldim. Dünən evdə oğurluq hadisəsi olub. Elə bir qiymətli əşyamız yox idi. Ancaq Şəhriyarın və dostunun kompyuteri və sənədlərin (pasport, şəxsiyyət vəsiqəsi) oğrulanması dəhşətdir, mənəvi/psixoloji olaraq ağırdır. Şəhriyarla İstanbulda yaşamaq haqqında uzun-uzun danışmış, səhəri dirigözlü açdığımız olub. Sentyabrın 18-də birlikdə Vətənə qayıdacaqdıq, biletləri də almışdıq. Onun sənədləri oğurlanıb… Evin 1-ci mərtəbədə olması, evdə yaşayanın başqa bir məmləkətdən olması, görünür, bu işi asanlaşdırıb. Söz tapmaq olmur…” – o qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR