Rəsmi Bakı Pakistana başsağlığı verdi: "Xəbərdən dərin kədərləndik"

img

26-08-2022 [23:53]


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən daşqınlarla əlaqədar bu ölkəyə başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

“Qardaş Pakistanda baş verən daşqınlarla bağlı xəbərdən dərin kədərləndik. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Biz qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”.

Xatırladaq ki, Pakistanda leysan yağışları selə səbəb olub. Nəticədə 1000-ə yaxın adam ölüb, xeyli itkin və yaralı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA