Vüqar Rəhimzadə: "Biz Laçına qayıtdıq!"
26-08-2022 [18:47]
“44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına öz sarsılmaz gücü, qüdrəti, qətiyyəti sayəsində daxil olduğunu əyani surətdə təsdiqlədi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəlarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı və dekabrın 1-də isə Laçını təhvil verməli idilər. Kəlbəcərin boşaldılması noyabrın 15-i üçün nəzərdə tutulsa da Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədiyi üçün bu rayon noyabrın 25-də təhvil verildi. Bununla da Azərbaycan humanist dövlət olduğunu sözdə deyil, əməldə bir daha təsdiqlədi. Digər tərəfdən, Azərbaycan dövləti hər zaman bu xatırlatmanı da edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyimiz kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanımızı heç kim unutmamalıdır. Bunun nəyə işarə olduğu aydındır. İlk növbədə, dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı bəyan edir ki, mən nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilirəm. Digər çağırış isə Vətən müharibəsinin rəmzinə çevrilən dəmir yumruğun yerində olmasıdır. Dövlətimiz istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə bu həqiqətləri görməzdən gələn dünyanın bəzi aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidentinin 30-a yaxın xarici media qurumlarına müsahibəsi əsasında bu reallıqları öyrənməyə məcbur oldular. Hazırda yaşadığımız postmünaqişə dövrünün reallıqları da dünya gücləri tərəfindən qəbul edilir və onlar fəaliyyətlərini bu istiqamətdə qururlar.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə azərbaycanlıların Laçın şəhərinə qayıdışına münasibət bildirərkən söyləyib.
Vüqar Rəhimzadə 1992-ci ilin mayında Laçının işğalından bəhs edərək bildirib ki, Ermənistan hərbi birləşmələri tərəfindən bu rayonun zəbt edilməsindən sonra ermənilər nağıl dünyalarına qapanaraq özlərində belə bir inam yaratmağa çalışdılar ki, bu yerlərdə əbədi yaşayacaqlar, Qarabağın yeni sahibi onlar olacaq: “Bu, mənfur düşmənin 44 günlük İkinci Qarabağ müharibəsinə qədər özləri üçün qurduqları xəyallar idi. Baxmayaraq ki, Vətən müharibəsinə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında Ermənistana dərs vermişdi, amma bu və ya digər dövlətlərin maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edilən ermənilər görünür aldıqları tarixi dərsləri tez unudurlar. 44 günlük İkinci Qarabağ müharibəsində isə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. Vətən müharibəsində tarixi Zəfərimizdən sonra tez-tez bu çağırış da səsləndirilir ki, işğalçı dövlətdə baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmasınlar. Bu ayın əvvəlində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq qətiyyətlə həyata keçirilən və düşmənə öldürücü zərbə vuran “Qisas” əməliyyatı bunu bir daha təsdiqlədi.”
YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi qeyd edib ki, işğal dövründə Laçın düşmən təbliğat maşını tərəfindən Qarabağ ermənilərinin blokadadan çıxması üçün guya zəruri bir humanitar dəhliz kimi təqdim edilsə də əsl həqiqətdə ermənilər bu dəhlizdən öz terrorçu maraqları üçün bəhrələnidilər: “Məhz bu dəhlizdən gələn dəstəklər nəticəsində Qarabağdakı separatçıların hərbi imkanları dəfələrlə artmışdı. Amma bu gün Laçını Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri bir humanitar dəhliz gözündə görən ermənilərin ümidlərinə son qoyuldu. Avqustun 26-da azərbaycanlılar Laçın şəhərinə qayıtdılar. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Lakin bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Ermənistandan fərqli olaraq ermənilərin Qarabağda qalıb yaşamaları üçün qaydaları açıqladı. Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bildirdi ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur".
Vüqar Rəhimzadə onu da əlavə edib ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Laçını tərk edən ermənilər ölkəmizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyi humanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi Laçında da təkrarladılar: “Evlərə, meşələrə od vuran ermənilər faşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı şahidi olduğu dağıntılardan bəhs edərkən hər zaman bildirir ki, dünya bu günədək necə vəhşi ilə üz-üzə qaldığını görsün. Kəlbəcərin və Laçının boşaldılması zamanı edilən vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynayır. Reallıq budur ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda azərbaycanlılara məxsus tarixi coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən başda Suriyadan gətirilmiş ermənilər olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirmişdir. Bu gün onların torpaqlarımızı boşaldarkən törətdikləri cinayətlərə dünyanın susması artıq Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanmır. Çünki 28 ildən artıq dövrdə biz bəzi dünya gücləri tərəfindən tətbiq edilən ikili siyasətin acı nəticələrini yaşamışıq. İşğala məruz qalan Azərbaycan olsa da Ermənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdı ki, sivil dünya, ümumiyyətlə, hüquq anlayışından xəbərsizdir. Lakin bütün hallarda Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı olmadığını ədalətin və beynəlxalq hüququn öndə saxlanılması fonunda həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırdı. Bir daha sübut olundu ki, beynəlxalq münasibətlərdə güc və hüquq anlyışları əsasdır.»
“Zabuxun və Susun boşaldılması fonunda yaşanan vandallıq onu deməyə əsas verir ki, ermənilər yüzilliklər keçsə də belə xislətlərini dəyişmək niyyətində deyillər. Düşmən belə bir reallığı qəbul etmək istəmirdi ki, qanunsuz məskunlaşmış ermənilər günlərin birində hökmən Azərbaycan torpaqlarını tərk etməli olacaqlar. Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına sözügedən müsahibəsində bu məsələyə də münasibətini bildirərək vurğulamışdır ki, avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə Konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə zəbt edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz",-deyə Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti Müzəffər Ali Baş Komandanın “Azərbaycan istədiyinə nail olur. Kimin hansı mövqedə olmasından asılı olmayaraq nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir” fikirlərinə yönəldərək bildirib ki, ermənilərin vəhşiliklərinə, vandallılarına rəğmən biz Laçına qayıtdıq: “Dövlət başçısı İlham Əliyev avqustun 26-da rəsmi “Twitter” səhifəsində Laçınla bağlı paylaşımında bu qayıdış münasibətilə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib. “Yaşasın Laçın! Yaşasın Azərbaycan!” söyləyən dövlət başçısı «Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq» bəyan edir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezdienti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin azərbaycanlıların Laçına qayıdışı ilə bağlı tvitini paylaşaraq qeyd edib: “Qarabağ Azərbaycandır!!!”. Həmçinin avqustun 26-da üçrəncli bayrağımız Laçın şəhərində ucaldılıb.”
Vüqar Rəhimzadə yaşanan bu kimi sevincli, qürurlu anların fonunda dövlətimizin mövqeyinin dəyişməzliyini, hər bir məqsədə nail olmaq üçün səylər göstərildiyini qeyd edib: «Dövlət başçısı İlham Əliyev Ermənistana mesaj ünvanlamışdır: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq!» Müzəffər Ali Baş Komandanın hər bir çağırışının real həyatda öz əksini tapması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Zaman Azərbaycanın lehinə işləyir. Tarixi Zəfərimizin reallıqları fonunda əldə etdiyimiz hər bir qələbə, uğurlu nəticə harada yaşamasından asılı olmayarvq hər bir azərbaycanlını qürurlandırır və daha yüksək səslə “Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” söyləyir.”
Mia.az
İraqda neft və qaz istehsalı tamam dayandı - "Kəmərlərə vurulacaq ehtiyat qalmayıb"
İsrailin F-35I təyyarələri İrana zərbələr endirib
Müğənni Pünhan maraqlı müraciət yaydı: "Həddim deyil!" - VİDEO
ABŞ İRANA HÜCUMUN NƏ VAXT DAYANACAĞINI AÇIQLADI - Neftin qiyməti 200 dollara qalxacaq?
ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR
May melodiyası - Kəbutər Hakverdinin hekayəsi
SAVAŞ BU ÖLKƏYƏ DƏ SIÇRADI - ABŞ-la şiə qruplaşması arasında toqquşma şiddətləndi (FOTO)
İSRAİL MEDİASINDAN QORXUNC İDDİA - İran nüvə silahı ilə vurulacaq?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzanı vurub - On iki fələstinli öldürüldü
Xarici İşlər Nazirliyi açıqlama yaydı
Düşünürəm: Ağıllı insan başqalarının təcrübəsindən də dərs alır - VAHİD TAĞIYEV YAZIR
"Kəpəz"lə "Turan Tovuz" heç-heçyə razılaşıb
Ruhi Əliyevanın 10 manatlıq holdinqi... - 5336 manat borcu var
11-ci siniflər buraxılış imtahanı verdi - Açıqlama
Sabahın hava proqnozu açıqlandı
Müctəba Xamenei Moskvaya aparılıb
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib