Usubov qudurğanlıq edən polisi, Aydın Əliyev isə atasını işdən qovdu

img

19-04-2014 [12:47]


Avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən polis əməkdaşının məmur atası işdən çıxarılıb.

APA-nın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.
Dövlət Gömrük Komitəsindən APA-ya Ə. Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, T. Həsənov və bir neçə gün əvvəl "BMW X6” avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub.
Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA