Millət vəkili: “400 min Azərbaycan vətəndaşı bir saata məhv ola bilər”

img

18-04-2014 [13:15]


"400 min Azərbaycan vətəndaşı məhv ola bilər”. Bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib. O qeyd edib ki, Yevlax, Bərdə Ağdam və Tərtərin millət vəkilləri də bu məsələdə ciddi həssaslıq göstərilməlidir:

"Elxan Süleymanovun təşəbbüsü ilə çox ciddi müzakirə sənədi qəbul olunub. Bu sənəd Azərbaycanın milli maraqlarına təsir edən bir məsələdir. Xahiş edirəm, Yevlax, Bərdə Ağdam və Tərtərin millət vəkilləri də bu məsələdə ciddi həssaslıq göstərsinlər. Çünki iyulun 12-də Nikosiyada bu məsələ ilə bağlı məruzəçi təyin olunacaq. Həmin məruzəçinin materiallarla təmin olunması vacibdir. Sərsəng su anbarının hündürlüyü 128 metrdir. Ermənilər hər hansı təxribat törətməsələr belə hər hansı bir qəza baş verərsə, 400 min Azərbaycan vətəndaşı bir saat ərzində məhv olma təhlükəsi qarşısındadır. Odur ki, məruzəçinin gəlişi ərəfəsində onun materiallarla təmin olunmasına ehtiyac var. Təhlükəni önləmək üçün hamının vacib addımlar atması lazımdır”.

Bundan sonra deputat "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun müzakirəsinə ehtiyac olduğunu deyib: "Çox vaxt istintaqın gəldiyi nəticələr özünü təsdiq etməyəndə insanlar əsassız olaraq daha çox həbs yerlərində saxlanılırlar. Təklif edirəm ki, bu məsələni təklif kimi nəzərə alsınlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA