ƏRDOĞAN, ZELENSKİ VƏ BMT RƏHBƏRİ BİR ARADA: 40 dəqiqəlik müzakirə aparılıb, memorandum imzalanıb, yeni İşçi Qrupu yaradılır - FOTOLAR (Yenilənib)
18-08-2022 [19:55]
Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Ukraynanın müharibədən sonrakı bərpasında iştirakını nəzərdə tutan infrastrukturun bərpasına dair anlaşma memorandumu imzalanıb.
“İnterfaks-Ukrayna” xəbər verir ki, Ukrayna dövlət başçısının saytında verilən məlumata görə, sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıblar.
“Türkiyə strateji müttəfiqimizdir. Rusiya tərəfinin dağıtdığı infrastrukturun bərpasında əməkdaşlığa hazır olduqlarına görə türkiyəli tərəfdaşlarımıza minnətdarıq. Türkiyə biznesinin yol və körpülərin, xüsusilə də Zaporojye və Kremençuq körpülərinin, eləcə də yolların tikintisi sahəsində böyük təcrübəsi var, onlar özünü etibarlı tərəfdaş kimi təsdiqləyiblər. Ona görə də artıq qısa zamanda birgə bərpanın konkret praktiki nəticələrinə nail olacağımıza ümid edirik”, - A.Kubrakov deyib.
Güman edilir ki, Türkiyənin hökumət və biznes strukturları konkret bərpa layihələri hazırlaya, həmçinin konsaltinq və texniki yardım göstərə bilərlər.
İlkin layihə kimi Kiyev vilayətinin Romanovka kəndində Buça və İrpen şəhərlərini paytaxtla birləşdirən körpünün bərpası nəzərdə tutulur. “Yaxın vaxtlarda bərpa məsələləri üzrə Ukrayna-Türkiyə Birgə İşçi Qrupu yaradılacaq və bu qrup çərçivəsində konkret layihələrə Türkiyə sərmayələrinin cəlb edilməsi mexanizmləri işlənəcək”.
***
Avqustun 18-də Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş keçirilib.
Mia.az xəbər verir ki, görüş mətbuta qapalı olaraq təxminən 40 dəqiqə davam edib.
Liderlər Ukraynada müharibənin diplomatik yollarla həll olunması, “taxıl dəhlizi”nin fəaliyyəti və digər məsələləri barədə müzakirələr aparıblar.
Daha sonra tərəflər mətbuatın suallarını cavablandırıb.
Ədoğan ölkədə gedən savaşdan danışaraq qeyd edib kii, Türkiyə Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağa hazırdır:“İnanıram ki, müharibə danışıqlar masası arxasında başa çatacaq. Ukrayna Prezidenti və BMT-nin baş katibi ilə üçtərəfli danışıqlarda cəmləşməyimizin əsas məqamı müharibəni necə bitirə biləcəyimiz məsələsi olub. Bir ay əvvəl, biz - BMT, Ukrayna, Rusiya və Türkiyə müştərək tarixi işi nümayiş etdirdik. Təkcə Ukrayna deyil, bütün dünya taxılın Qara dəniz vasitəsilə dünya bazarlarına təhlükəsiz ixracını mümkün edən İstanbul sazişinin müsbət təsirlərini hiss etməyə başladı, Ukraynadakı müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanıram. Əsas problem danışıqlar masasına aparacaq ən qısa yolun müəyyən edilməsidir. Beynəlxalq ictimaiyyət diplomatik prosesi canlandırmaq üçün daha çox məsuliyyət götürməlidir".
Zelenski ilə ikitərəfli görüşdə ölkələr arasında strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrin bütün aspektlərini dəyərləndirdiklərini vurğulayan Ərdoğan mövcud şərtlərdə əməkdaşlığı və həmrəyliyi yaxşılaşdırmaq imkanlarını müzakirə etdiklərini bildirib: “Təbii ki, təxminən 6 aya yaxın davam edən müharibə danışıqlarımızın əsas mövzusu oldu. Bu münasibətlə onun bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğuladım”.
Ərdoğan Qara dəniz boyu taxılın beynəlxalq bazarlara təhlükəsiz ixracı ilə bağlı İstanbul sazişindən də söz açaraq deyib ki, bu, təkcə Ukraynada deyil, bütün dünyada müsbət təsir göstərir
Zelenski isə Rusiyanın işğalından, ölkəyə vurulan zərbədən və müdafiə tədbirlərindən söz açmaqla yanaşı, Ərdoğanla Lvovda keçirdiyi görüşdən söz açıb.
Prezident xüsusi vurğulayıb ki, sülh danışıqlarına başlamaq üçün Rusiya bütün hərbi qüvvələrini geri çəkməlidir: "Bu gün Ərdoğanın ölkəmizə səfəri bizə böyük dəsətkdir. Ümumiyyətlə, işbirliyimiz həm Ukraynanı, həm də Türkiyəni gücləndirəcək. Biz müdafiə snayesi və digər məsələlərlə bağlı da fikir mübadiləsi apardıq"
O bildirib ki, müzakirələrdə Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyət və Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub.
BMT-nin Baş katibi isə ZAES ətrafında yaşananları vahiməli adlandırıb və hərbçilərin oradan çəkilməsinin vacibliyini qabardıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.
Qeyd edək ki, V.Zelenskinin BMT Baş katibi Antoni Qutereşlə görüşü də baş tutub.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Lvovdakı Potoçki sarayında keçirilir.
İkitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.
Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər yola düşüb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.
***
BMT-nin Baş katibi Antoniu Quterreş bu gün Ukraynaya gedib.
Mia.az xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisi məlumat yayıb.
O, sabah Lvov şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.
BMT Baş katibinin səfər çərçivəsində Odessa şəhərini də ziyarət edəcəyi bildirilib.
***
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan avqustun 18-də Ukraynaya gedir.
Mia.az TRT-yə istinadla xəbər verir ki. o, həmin günü Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Məlumata görə, Lvovda baş tutacaq görüşə BMT-nin baş katibi Antoniu Quterreş də qatılacaq.
Xəbərdə o da deyilir ki, üştərəfli görüş təklifi Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən edilib.
Görüşdə məqsəd taxıl ixracı əsas müzakirə mövzusu olacaq.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb