Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
09.08.2022, 00:12
Qoç - gərgin situasiyalar tədricən həllini tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın, informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə müşayiət olunacaq. Emosiyalarınıza hakim olun. Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Neytral mövzu ilə məşğul olun. Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks təqdirdə heç nəyə nail ola bilməyəcəksiniz.
Buğa - sizdən asılı olmayan şərtlər narazılıq və gərginlik yaradacaq. Önəmli görüşü, vacib danışığı təxirə salmayın. Şəxsi münasibətlər müstəvisinə yaxın günlərdə önəmli yenilik yaşana bilər. Bir sıra məsələlərdə konkretlik yaranır. Kollektivdə yeniliklərin zəmini qoyulub. Enerjinizi elə bir istiqamətə yönəldin ki, problemlər və mübahisələr sonucda ümumi maraqların reallaşması ilə nəticələnsin. Neqativ fikirlər şüurunuzu zəbt etməsin. Maraqlı və işlərinizdə irəliləyişlər vəd edən işlərlə məşğul olun. Yaxın gələcəkdə sizi gözləyən işi tam yerinə yetirərək məqbul sonuca nail olmaq üçün gərəkli müstəvini təmizləyin. Qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı arayın, dəstək alın. Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil. Amma bu, ümumiyyətlə, iş görməmək üçün səbəb deyil.
Əkizlər - zəifləmək, ruhdan düşmək vaxtı deyil. Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər. Çətinliklər ilkin mərhələdə olduğundan onları həll etmək imkanı var. İzafi gərginlikdən qurtulun, yardımları təşkil edin. Təmkinli, səbrli olun, emosiyalara uymayın. Bir qədər öncə yol verdiyiniz səhlənkarlıqla bağlı qəfil maneə ilə üzləşə bilərsiniz. Yaşam gücünüzü və potensialınızın emosiyalara qurban olmasına imkan verməyin. Sağlam məntiq və soyuqqanlı davranış sədləri keçməyə yardım edəcək.
Xərçəng - yaşamda bir çox məqamlar dəyişəcək. Dərhal bir neçə istiqamətdə çalışmaq ehtiyacı yarana bilər və bu səbəbdən də istiqaməti sürətlə dəyişməyə hazır olun. İnformasiya çoxdur və onları təhlil etmək gərəkdir. Alınan məlumatları nəzarətdə saxlayın.
Resurslar, təmaslar, əlaqələr, toplanan informasiyanı yenidən nəzərdən keçirmək gərəkdir. Hadisələrin dinamikası artır. Gələn xəbərlər arasında mühüm və ikinci dərəcəli məqamları ayırın. İşlərin effektiv olması üçün aktiv çalışın. Əsas hərəkət istiqamətini bəlirləyin, ikinci dərəcəli işləri yaxın ətrafınızdakı insanlarla paylaşın. Səhhətiniz barədə düşünün.
Şir - qüvvələr balansı və diqqətin konsentrasiyasını təmin etmək olar. Yaşanan olaylarda, baş verən hadisələrdə xaos və gərginlik çoxdur. Hər şeyə rəğmən, günün ikinci yarısına yaxın bəzi məsələlər qəflətən, əlahiddə səylər olmadan həllini tapacaq. Bəzi sahədə uğur qazanıb müəyyən müstəvidə uğursuzluğa düçar olmaq mümkündür. Yaşananlara tez reaksiya verin, dürüst istiqaməti dərhal müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizə yaxın insanın əhvalını və istəklərini duymaq bacarığı əlahiddə əhəmiyyət kəsb edir. Sözlərin məna yükü azalır. Təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək istədiyiniz məsələni alt-üst edə bilərsiniz.
Qız - həyəcan, nigaranlıq və emosiyaların bol olduğu gündür. Artıq sözlər deməmək üçün hisslərinizi cilovlayın. Bədxahlarınızdan biri bu vəziyyətdən yararlanaraq sizə qarşı yeni intriqa hazırlaya bilər. Ünsiyyət dairəsini düzgün seçməyə çalışın. İzafi dərəcədə səmimi olmayın, bütün sirlərinizi bölüşməyin. Planlarla bağlı kimsəyə açıqlama verməyin. Boynunuza götürdüyünüz öhdəlikləri yerinə yetirin. Daxili tabulara, sizin üçün önəmli olan yazılmamış qaydalara riayət edin. Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün əlverişli gündür. Lüzum yaranarsa, maliyyə və əmlak məsələlərini qohumlarla müzakirə etmək mümkündür. Axşam saatlarında istirahət edin.
Tərəzi - emosional gündür. İndi əsas məsələ "arxa cəbhə"ni möhkəmləndirərək daxili müvazinəti qorumaqdır. Rəqib və bədxahlardan biri sizi üstələməyə çalışır. Bacarıq və biliklərinizi təkmilləşdirin. Aktivliyin yeni mərhələsinə hazırlaşın. Emosional durumun praktiki məna kəsb edən işlərə mane olmasına rəvac verməyin. Günün ikinci yarısında aktivliyinizin praktiki mənası olmalıdır. İmic də dəyişikliklər tələb edir. Yaşam tonusunu dəstəkləyən tədbirləri bir qədər məhdudlaşdırın. Axşam saatlarında yaxşıca istirahət edin.
Əqrəb - gərgin və qarışıq gündür. Baş verənləri ifrat dərəcədə emosional qəbul etməyin. Hisslərinizə hakim olun. Hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra qərar qəbul edin.
Səfəri, mühüm danışıqların aparılmasını təxirə salın. Əldə edilmiş sövdələşmələrin təsdiqlənməsi və rəsmiləşdirilməsi ilə tələsməyin. Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni öhdəliklərin götürülməsi məsləhət deyil. Şəxsi münasibətlər müstəvisində gərginlik çoxdur. Qarşılıqlı anlaşma və etimada mane olan hisslərin tarıma çəkilməsinə imkan verməyin.
Oxatan - işdə, çalışdığınız yerdə və ya fəaliyyət göstərdiyiniz sahədə dəyişikliklər mümkündür. İnformasiyalar, təkliflər və hadisələri diqqətlə izləyin. Gərginləşməyə imkan verməyin.
Yalnız cari işlərlə məşğul olun. Ciddi perspektivi olmayan məsələlərlə bağlı sövdələşmə və danışıqlar aparmayın. İşlərin gedişatı sizi narazı sala bilər. Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin. Məntiqli və təmkinli olun, emosiyaların əsirinə çevrilməyin. Məqsədəuyğun şəkildə davranın. Boş söhbətlərə mümkün qədər az vaxt ayırın, şayiələrə qatılmayın. Axşam saatları əqli və fiziki aktivlik üçün yaxşı vaxtdır.
Oğlaq - bəzi situasiyalarda qarşıdurma hiss oluna bilər. Təmkinli davranın, dəyişikliklər və yeniliklərə ifrat şəkildə can atmayın. Hadisələrin axarına kobud müdaxilələr etməyin. Problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər. Məsləhət almaqdan çəkinməyin.
Dostların daha bilikli və məlumatlı olduqları məsələlərlə bağlı onlarla müzakirələr apara bilərsiniz. Şəxsi münasibətlər müstəvisində niyyət və planlarınızın reallaşmasına hələ çox var. Qarşılıqlı inamsızlıq və inadkarlıq müşahidə olunur. Problemi maneənin birgə dəf olunması həll edə bilər.
Dolça - ailə və evlə bağlı işlər bu gün prioriet olmalıdır. Yaşam şəraiti ilə bağlı məsələlərin yaxşılaşdırılması gündəmdədir. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin. Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə münaqişəyə başlamayın. Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın. İşdə fəaliyyət məkanının bir sahəsi və ya layihənin sektorunu qaydaya salın. Axşam saatalarında hadisələr və hisslər şəxsi münasibətlər müstəvisi ilə bağlıdır. Sevdiyiniz insanla vaxt keçirin.
Balıqlar - səhər saatlarından etibarən işlərlə aktiv məşğul olun. Günün ikinci yarısına yarımçıq işləri yığmayın. Tərəfdaş və ya iş yoldaşınızın passivliyi sizi sinirləndirə bilər. Cari proseslərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə çalışmayın. İnad etsəniz, opponentin dediklərini eşitməsəniz, çox qısa zamanda münaqişə yaranacaq. Güzəştə getmək, geri çəkilmək, mövqelərinizin daha aydın olacağı vaxtı gözləmək olar. Əhvalınızı yaxşılaşdırmaq üçün yaşam arealınıza bir neçə parlaq cizgi əlavə edin. Axşam saatlarında dincəlin.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"ƏRDOĞAN QIRILMAZDIR, ONUNLA ƏLLƏŞMƏYƏ DƏYMƏZ" - Tramp Körfəz ölkələri liderləri ilə görüşdə Türkiyə lideri haqda elə şeylər dedi ki...
Bugün, 00:22 GÜNDƏM
-
ABŞ-İRAN RƏSMİLƏRİ NYU-YORKDA 3 SAATLIQ GİZLİ GÖRÜŞ KEÇİRDİ: "Çox əla müzakirə oldu, onlar niyə razılaşmır, bunu başa düşmürəm"
Bugün, 00:08 GÜNDƏM
-
Polşa böyük müharibəyə hazırlaşır? - XİN başçısı "ərzaq ehtiyatı toplamışıq" deyir
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
AZƏRBAYCAN və İRAN XİN BAŞÇILARI NYU-YORKDA BİR ARADA: nələr müzakirə edildi?
22.09.2026, 23:32 GÜNDƏM
-
Ərdoğan BMT kürsüsündən dünyaya səsləndi: "Mahmud Abbas burada niyə yoxdur?"
22.09.2026, 23:19 GÜNDƏM
-
Azərbaycanın İrandakı səfirliyi məlumat yaydı - Ölkəyə qayıtmaq istəyənlər üçün...
22.09.2026, 23:17 GÜNDƏM
-
Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
22.09.2026, 23:08 İQTİSADİYYAT
-
Əmrullayev əmr imzaladı - Bakıda universitetlər distant təhsilə keçdi
22.09.2026, 20:40 GÜNDƏM
-
Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək
22.09.2026, 20:36 GÜNDƏM
-
AZAL bəyanat yaydı: "İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır" (YENİLƏNİB)
22.09.2026, 19:50 GÜNDƏM
-
Türkiyənin ən güclü partiyası: növbəti sorğunun nəticələri açıqlandı
22.09.2026, 18:03 SİYASƏT
-
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
22.09.2026, 17:49 CƏMİYYƏT
-
Netanyahu Məmdanini hədələdi: "Səni ifşa etməyə gəlirəm"
22.09.2026, 17:44 DÜNYA
-
Baş nazir: "Əgər Rusiya bizə hücum edərsə..."
22.09.2026, 17:30 GÜNDƏM
-
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırıldı - SİYAHI
22.09.2026, 17:26 CƏMİYYƏT
-
“Nargin: Saralmış kədər” - Tarixi Nəsr və İctimai Yaddaş
22.09.2026, 17:18 MƏDƏNİYYƏT
-
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
22.09.2026, 17:12 GÜNDƏM
-
Türkiyə ordusunun generalı Bakıya gəlib
22.09.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.2026, 16:52 KRİMİNAL
-
ABŞ Prezidenti: "Qorxaqlar və xainlər..."
22.09.2026, 16:27 DÜNYA
-
Bakı sakini 40 kiloqram narkotiklə tutulub
22.09.2026, 16:14 KRİMİNAL
-
Cavanşir Quliyevdən Alim Qasımovla Üzeyirin duetinə reaksiya: “İnsan müəyyən yaşa çatdıqdan sonra öz zövqünə uyğun musiqi seçir"
22.09.2026, 16:06 MƏDƏNİYYƏT
-
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
22.09.2026, 15:55 CƏMİYYƏT
-
Lənkəran evdın seyf oğurlanıb
22.09.2026, 15:16 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb
22.09.2026, 15:06 KRİMİNAL
-
İran ordusu: "Danışıqlar müharibənin başqa bir mərhələsidir"
22.09.2026, 14:46 DÜNYA
-
Azərbaycanda bu nazilər pensiya yaşına çatıb - FOTOLAR
22.09.2026, 14:32 GÜNDƏM
-
Ehtiram Quliyevdən “Turan Tovuz”dan gedəcəyi ilə bağlı xəbərlərə - Reaksiya
22.09.2026, 14:19 İDMAN
-
Deputat qınadı, nazirlik "əl-ayağa" düşdü, mətbuat katibi isə "gül" vurdu - FOTOLAR
22.09.2026, 14:10 SİYASƏT
-
Mətləb Salahov: “Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”
22.09.2026, 14:06 SİYASƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirədəki çıxışlar + FOTOLAR (YENİLƏNİB)
22.09.2026, 13:58 GÜNDƏM
-
DİN bu vəzifələrə işçi axtarır
22.09.2026, 13:21 CƏMİYYƏT