Ekspert: "KTN-nin indiki rəhbərliyi işi bacarmır" - "Startap layihələri ilə kənd təsərrüfatı inkişaf eləməz"
08-08-2022 [17:15]
Dünəndən başlayaraq sentyabrda Azərbaycanda taxıl və unun bahalaşacağı ilə bağlı məlumatlar yayılır.
Bu məlumatların ekspertlərin iqtisadi analizləri nəticəsində olması isə problemin heç də dedi-qodu səviyyəsində olmadığını göstərir. Ekspertlərin fikrincə, yerli istehsal tələbatı tam təmin etmədiyindən gələcək aylar üçün qiymət fərqi gözəçarpan olacaq
Bilirik ki, müharibə və geosiyasi qarşıdurmalar ucbatından dünyada ərzaq qıtlığı qlobal problemə çevrilməkdədir. Azərbaycan isə ərzaq məhsullarının idxalından asılıdır.
Ərzaq idxalında idxaldan asılığın ortadan qaldırılmasıi üçün Azərbaycanın daxili imkanları hansı səviyyədədir və bu problemin həlli üçün hansı problemlər var? Eyni zamanda KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?
Mia.az xəbər verir ki, PİA.az-ın əməkdaşı mövzunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid MƏHƏRRƏMLİ
Artıq qida təhlükəsizliyimizin çoxdan idxaldan asılı vəziyyətdə düşdüyünü vurğulayan ekspert bildirib ki, bu aslılıq azalmır, əksinə, get-gedə böyüyür. Statistikaya görə isə bu ilin ilk 6 ayının keçən illə müqayisəsində ölkəyə 140 milyon dollar dəyərindən çox ərzaq məhsullarının idxal olunub. Bu isə özü-özlüyündə aslılığın ardığının göstəricisidir:
“Azərbaycanın ərzaq məhsullarına olan tələbatını ödəmək üçün bütün resursları var. Belə ki, Azərbaycanın torpaq, su, əmək, maliyyə resursları var, kifayət qədər də texnika alınıb. Məhsulu yarımfabrikat və fabrikat hala keçirmək üçün də aqrar sənayemizin müəyyən potensialı var, amma bu potensialda artırılmalıdır.
Maliyyə resurslarının kifayət qədər olması ona əsas verir ki, biz ən keyfiyyətli istehsal vasitələrini ya daxildə istehsal edə, ya da xaricdən idxal edə bilərik. Yəni ərzaq məhsullarının istehsalı üçün nə lazımdırsa, Azərbaycanda hamısı var. Hətta biz mineral gübrə də istehsal edirik və bu sahədə istehsalı genişləndirə də bilirik.
Amma Azərbaycanda elmi potensial, kadr hazırlığı, o sahə üzrə ixtisaslaşmış institutlar yoxdur. Bu sahədə olan resurslarımız isə ya doğru istifadə olunmur, ya da başlı-başına buraxılıb. Yəni problemlər birbaşa idarəetmədən - Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz fəaliyyətindən qaynaqlanır.
Bir sıra problemlər var ki, o problemlər ortadan qaldırılsa, kənd təsərrüfatı və aqrar sahədə inkişaf gözləgörüləsi səviyyədə olar. Bu işlərin həlli isə hökumətin peşəkarlığından, daha doğrusu KTN-nin problemə yanaşmasından və bu sahələri dirçəltməyə olan marağından asılıdır. Bir misal deyim. Bu il Şəkinin Qoxmuq kəndində 60-a yaxın təsərrüfatda taxıl, tütün və tərəvəz sahələri susuz qaldı. Səbəb bilirsinizmi nədir? Gülməli olsa da, həm də ağlamalıdır. Deməli, iki il əvvəl Qoxmuq-Babaratma yoluna asfalt çəkilişi zamanı kəndə su ötürən boru çıxarılıb və inşaat işləri aparılan zaman yerinə qoyulmayıb. Təsəvvür edin, 2 il kənd əhalisi əkinlə məşğul olsa da, əkinləri susuzluqdan məhv olub və həmin vaxtlarda su yolun digər hisəsi ilə boş-boşuna axıb gedib və nəticədə əkin sahələri 2 ildir ki, suvarılmır.
Bunlar təbii ki, əsas və qlobal problem deyil. Amma bu istər KTN-nin, istər “Melorasiya və Su Təsərrüfatı” ASC-nin, icra hakimiyyətlərinin problemə necə yanaşdıqlarını ortaya qoyur. Əslində burda heç bir yanaşma da yoxdur. Bu sadəcə onu göstərir ki, yerlərdə kəndli və fermerlərin problemlərini bu qurumlar heç veclərinə də almırlar. Onlar üçün maraqlı olan başqa sahələrdir. Misal üçün aşağı faizlə kredit almaq və həmin krediti aidiyyatı olmayan sahələrə sərf etmək kimi...
Mən əvvəldən demişəm ki, KTN-nin indiki rəhbərliyi işi bacarmır. Çünki kənd təsərrüfatı və aqrar sahə kağız üzərindəki layihələrlə inkişaf etmir. O layihələri həm də reallaşdırmaq lazımdır və bunu da peşəkar mütəxəssislər edə bilər. Əgər siz Nazirliyin şöbələrində çalışan “innovatorlara” növbəli əkin ya da su resurslarından səmərəli istifadə, becərmə və s. sahələr üzrə suallar versəniz, bu adamlar heç bir şey bilməyəcəklər. Çünki orda çalışanların böyük əksəriyyəti kənd təsərrüfatı və aqrar sahə üzrə təhsil almayıblar. Onlar sadəcə startap layihələri üzrə mütəxəssisdirlər və startap layihələri ilə kənd təsərrüfatı inkişaf eləməz. Çünki kənd təsərrüfatı çoxşaxəli və mürəkkəb sahədir. Ağır əl əməyi tələb edən sahədir.
Adicə bir sahəni deyim. Bu “mütəxəssislər” nəinki mövcud su resurslarından səmərəli istifadəni təşkil edə bilmir, əksinə, suni problemlər yaratmaqla çox ciddi su itkisinə yol açırlar. Başqa sahələrdə də eyni vəziyyətdir. Sonra da deyirlər ki, yağış yağmadı, quraqlıq səbəbindən məhsul məhv oldu. Necə yəni yağış yağmadı? Axı Azərbaycanda əkin sahələrinin 70%-dən çoxu suvarılan sahələrdir.
Digər tərəfdən siz, misal üçün pambığı suvarılmayan sahəyə necə əkə bilərsiniz? Əkirsinizsə, deməli ki, sizi məhsul maraqlandırmır, sizi hektar üzrə hesabat vermək maraqlandırır. Yəni sovet höküməti dövründə belə yanaşma yox idi. Çünki onda , əkirdinsə, məhsul verməliydin. İndi isə məhsulun hesabanı belə kimsə aparmır. Çünki hər şey yalnız korrupsiyaya və büdcə vəsaitlərinin talanlna hesablanır.
Kənd Təsərrüfatı Nazirliyinin sahənin inkişafı ilə bağlı təməl prinsiplərə dayanan inkişaf proqramı yoxdur. Mən nazirliyin hazırladığı sənədlərin hamısı ilə tanışam. Onların dövlət proqramlarının hansı dərəcədə sadə olduğunu faktlarla sübuta yetirmişəm. Bir daha qeyd edirəm ki, bu layihələr startap layihələridir.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbər vəzifələrində demək olar bir nəfər də peşəkar aqronaom yoxdur. Nazirliyin gətirdikləri mütəxəssis kadrların da sahə üzrə peşəkarlığı yoxdur. Buna görə də onların hazırladıqları dövlət proqramları çox sadədir.
Dövlət proqramı yalnız söz yığımından ibarət olmalı deyil. Sahədə mövcud olan problemlər ortaya çıxarılmalı və problemlərin həlli istiqamətində konkret tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər də sonra həyata keçirilməlidir. Amma bunlar öz “sadə proqramlarını” da həyata keçirmirlər. Çünki həmin “proqramları” korrupsiya obyekti olaraq görürlər.
Hesab edirəm ki, qanunvericilikdə də çatışmamazlıqlar çoxdur. Hətta bir sıra ciddi qanunun təcili qəbuluna ehtiyac var. Bu qanunlar heç dilə belə gətirilmir. Buna görə də düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasət sıfırdır. Onlar işi bilmir, bacarmır. Bu səbəbdən də biz get-gedə idxaldan asılı vəziyyətə düşürük.
Əslində biz çoxdan qida təhlükəsizliyi üzrə idxaldan asılı vəziyyətə düşmüşük. İndiki KTN rəhbərliyinin də vəzifəsi bu asılılığ aradan qaldırmaq, heç olmasa azaltmaq idi. Statistikaya görə isə bu ilin ilk 6 ayının keçən illə müqayisəsində ölkəyə 140 milyon dollar dəyərindən çox ərzaq məhsullarının idxal olunub. Bu isə özü-özlüyündə aslılığın ardığının göstəricisidir. Yəni asılıq durmadan artıq. Düşünürəm ki, ilin axırına qədər ölkəyə idxal olunan ərzaq məhsullarının dəyəri 2 milyardı ötəcək.
Məsələ təkcə pomidor yetişdirib, Rusiyaya 1 manata, daxili bazara isə 3 manata satmaq deyil. KTN öz fəaliyyətini daxili bazarın ehtiyacını ödəməyə yönəltməlidir. Ölkənin ərzaq təhlükəsizliyini təmin etməlidir.
Bəs bunlar nəylə məşğul olurlar? Statistikada qeyri-neft sektorunda ixracı artırmaq üçün Rusiyaya daha çox pomidor yollamağa çalışırlar.
Bu şəkildə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək olar? Təbii ki, olmaz. Ona görə də ilk növbədə iqtisadiyyata, ən əsası kənd təsərrüfatına olan yanaşma dəyişməlidir. Bu yanaşma dövlətin, xalqın maraqlarını ifadə etməlidir. İndiki yanaşma isə ancaq nazirlərin özünü qoruma instinktindən doğan maraqlarına xidmət edir.
Azərbaycan iqtisadiyyatının əsas problemi də budur. Biz statistika üçün deyil, real sektor üçün çalışmalıyıq. Bütün bunlar olarsa, təbii ki, Azərbaycan çox asanlıqla öz qida təhlükəsizliyini təmin edə bilər. Bunun üçün yuxarıda qeyd etdiyim kimi, bizim bütün resurs və imkanımız var”.
İstanbulun məşhur əyləncə məkanlarının sahibi qandallandı - Aktrisanın əri ağır itthamla üz-üzədir
"Akasya Durağı"nın "Leyla"sı belə dəyişib - FOTOLAR
"Kurtlar Vadisi Pusu"nun aktrisası narkotik iddiasını rədd etdi: "O evdə cəmi bir dəfə olmuşam..."
ŞDQ Türkiyəyə meydan oxuyur? - Hakan Fidan Suriyada çıxış edərkən kürd silahlıları orduya hücum edib
Türkiyədə daha bir məşhur jurnalist saxlanıldı - Narkotik şübhəsiylə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzaya 26.000 yardım maşınını buraxmayıb - 73 gün ərzində
İrakli Kobaxidzedən Əliyevə məktub: "İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim"
Kənan Zeynalova ölkədən çıxışa qadağa qoyulub - Rəqib şirkətlər arasında məhkəmə qalmaqalı
Məhkəmə hakimi qəzada öldü - Şəhid qızı imiş
"Fənərbağça" məşhur oyunçunu satışa çıxarıb
Türkiyə kəşfiyyatından şok əməliyyat - Pakistan-Əfqanıstan sərhədində İŞİD-in liderlərindən biri qandallanıb
Natiq Cavadlı, Aynur Elgünəş, Ramin Deko, Şəmşad Ağa... - Onlar yenə hakim qarşısına çıxarıldı
Bakıda Azərbaycan və Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - Müzakirə + FOTO
Kommunal xidmətlərlə bağlı Yol Xəritəsi hazırlanıb
Radikal yəhudilər "Əl-Əqsa"ya basqın edib - Ayin icra ediblər
Ceyhun Bayramov daha bir diplomatla görüşüb
ATV-də gərginlik: mikrofonlar söndürüldü - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Bakcell” “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
KOBİA-nın tenderi ləğv edilib
12 yaşlı uşaq məktəb direktorunu güllələdi - Türkiyədə + FOTOLAR
Türkiyə Azərbaycanın bəzi universitetlərinin diplomunu niyə tanımır? - Əli Əsədov iclasda Türkiyənin vitse-prezidentinə səsləndi
Əli Əsədov: "Abşeron" yatağından qazın Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparılır"
Əhməd İsmayılov: "Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır"
Bu axşam “Nar”da böyük həyəcan – 9-cu avtomobil sahibini tapır
Daha iki məşhur istintaqa çağırıldı - Türkiyədə
Ceyhun Bayramov səfiri qəbul edib - Açıqlama
Ekoloq: "Şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi rüşvət alıb keçəcək” - VİDEO
“Mən nə etdiyimi bilirəm və sən də bilirsən” - Röya Şəbnəmə gözlənilməz an yaşadıb (VİDEO)
Tacikistan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTO
QARABAĞIN KƏNDLƏRİNƏ KÖÇ DAVAM EDİR (YENİLƏNİB)
Paşinyan Rusiyadan İlham Əliyevə təşəkkür etdi - Ermənistana qarşı blokadanı ləğv etdiyinə görə
Sabah hava necə olacaq? - Proqnoz
Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər qalxdı
Fransa Prezidentinin rəsmi iqamətgahı soyulub: qədim tarixi əşyalar aparılıb - Vəzifəli şəxslər saxlanılıb
İcra başçısının sabiq müavini azadlığa çıxdı
Üç gün geomaqnit qasırğası olacaq
"İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil" - Ekspert nazir müavininin deputatların qarşısındakı çıxışına belə şərh verdi
Müğənni amnistiya düşdü - Dəniz Əsədova azadlığa buraxıldı
"Bakı Metropoliteni"nin zərəri 3 milyard manatı ötüb - Rəqəmlər