Kosovo və Serbiya rəhbərləri Brüsseldə görüşəcək

Kosovo və Serbiya rəhbərləri Brüsseldə görüşəcək

DÜNYA

05.08.2022, 16:36

Kosovonun Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiç avqustun 18-də Brüsseldə görüşəcəklər.

Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib.

A.Kurti və A.Vuçiç Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə görüşəcəklər.

Qeyd edək ki, Aİ avqustun 1-də hər iki liderə görüş barədə təklif göndərmişdi/Report.

Xatırladaq ki, Kosovo və Serbiya arasında gərginliyə səbəb Kosova hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar olub.

Etirazlardan sonra bu qaydalar təxirə salınıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR