Qubada əməliyyat: qardaşlar saxlanıldı - FOTO

img

02-08-2022 [12:26]


Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şabran rayon sakinləri - Zaur və Vüqar Bəgiyev qardaşlarını saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşların meşə zolağında əkib yetişdirdiyi 156 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə olaraq həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman 1,5 kiloqram narkotik vasitə olan marixuna, 90 ədəd çətənə (kannabis) bitkisinin qalıqları (qurudulması üçün qoyulan) aşkar olunaraq götürülüb.

Həmçinin davam etdirilən əməliyyat tədbirləri zamanı V.Bəgiyevin evinə baxış zamanı oradan bir ədəd tüfəng və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA