Korrupsiyaya görə həbs olunan rəis azadlığa buraxılıb

img

02-08-2022 [12:09]


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş Kürdəmir Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov azadlığa buraxılıb.

Bununla bağlı Şirvan Apellyasiya Məhkəməsi qərar verib.

Hakim Elşad Əliyevin sədrlik etdiyi hakimlər heyəti ittiham olunan şəxsin çəkdiyi 2 il həbs müddətini yetərli hesab edərək, cəzasını 500 manat cərimə ilə əvəz edib.

Sərvər Məmmədov məhkəmə zalından birbaşa azadlığa buraxılıb/APA.

Xatırladaq ki, Sərvər Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında Kürdəmir rayonunda keçirilən əməliyyatla rayonun sabiq icra başçısı Ceyhun Cəfərov və digər vəzifəli şəxslərlə birgə həbs olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə cinayətlərində təqsirli bilinərək Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum olunmuşdu.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA