"İstəmirəm, belə şeyləri qəbul etmirəm" - Partiya sədrindən maraqlı reaksiya

img

16-04-2014 [11:29]


Hafiz Hacıyevdən ad günü ilə bağlı zəng vuranlara xəbərdarlıq

"Yoldaşlar, yaxın tanışlar, bizi tanıyan insanların hamısı zəng edib təbrik edirlər. Ad günümü ailəmlə keçirəcəyəm. Təntənəli qeyd etməyi sevmirik. Evimdə, uşaqlarımla, ailəmlə bir yerdə olacağam”.

Bunu azvision.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri, bu gün 58 yaşını qeyd edən Hafiz Hacıyev deyib.

Partiya sədri vurğulayıb ki, xüsusi gözlədiyi hədiyyə yoxdur: "İstəmirəm, belə şeyləri qəbul etmirəm. Uşaqlar nə etsələr, qəbuldur”.

Kimlərdən təbrik aldığına gəlincə isə H.Hacıyev onların adını açıqlamaq istəməyib: "Təbrik edənlər arasında dostlar, siyasətçilər, rəsmi şəxslər də var, amma onların adını açıqlamaq istəmirəm. Kim istəyir zəng edib təbrik edəcək, istəmirsə etməyəcək. Məcbur deyil ki. Hamısı sağ olsun, minnətdaram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA