Lavrov: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunun alınmasında maraqlıdır”

img

29-07-2022 [15:23]


“Bir sıra ölkələr, o cümlədən Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusunun alınmasında maraqlıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

“Müşahidəçi, dialoq üzrə tərəfdaş statusuna hələ də bir sıra iddiaçılar var. Bir sıra ərəb ölkələri, Azərbaycan, bir sıra Asiya ölkələri buna maraq göstərir. Sammitə qədər xarici siyasət idarələri səviyyəsində məsləhətləşmələr davam etdiriləcək. Əminəm ki, biz müvafiq tövsiyələri dövlət başçılarına çatdıra biləcəyik”, - S.Lavrov bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA