Balakəndə kişi 21 yaşlı arvadını öldürüb

img

27-07-2022 [16:22]


Balakəndə kişi 21 yaşlı arvadını qətlə yetirib.

Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətin istinadla bildirir ki, iyulun 27-də Balakən rayon sakini, 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA