Teymur Rəcəbov millinin heyətində iştirakdan imtina edib? - 35 yaşlı qrossmeyster açıq məktub yazdı (Yenilənib)
21-07-2022 [17:49]
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak etməməsinə aydınlıq gətirib.
Mia.az 35 yaşlı qrossmeysterin açıq məktubunu təqdim edir:
Mən bütün şüurlu həyatımı şahmata, həm fərdi, həm də komanda yarışlarında ölkəm - doğma Azərbaycanım üçün oynamağa həsr etmişəm. Şahmat karyeram ərzində əldə etdiyim nailiyyətləri sadalamaq istərdim:
Gənclər arasında Avropa çempionatında 4 qızıl medal, onlardan birini 12 yaşımda 18 yaşa qədər kateqoriyada qazanmışam. Bu nəticə indiyə qədər təkrarlanmayan rekord olaraq qalır. Yeniyetmələr arasında dünya çempionatının qızıl medalı.
14 yaşında beynəlxalq qrossmeyster və kişilər arasında FİDE-nin dünya reytinq siyahısında ilk 100-lüyə daxil olan ən gənc şahmatçı kimi tarixə düşdüm. 15 yaşında Linaresdə keçirilən turnirdə o, vaxtlar dünya şahmat reytinqində birinci olan Harri Kasparovu məğlub etdim. Həmin il Ruslan Ponomaryov və Vişvanatan Ananda qalib gəlməklə tarixdə bir il ərzində üç dünya çempionunu məğlub edən ilk şahmatçı oldum.
“Dünya yığması”nın heyətində Rusiya komandasına qarşı tarixi matçda qələbə sevinci yaşadım. 2002-ci ildə Rusiya komandasının tərkibində Kasparov, Kramnik, Karpov və digər ən yaxşı şahmatçılar çıxış edirdi.
Kişilər arasında dünya çempionatının bürünc mükafatçısı, Liviya 2004.
2005-ci ildə kişilər arasında Avropa çempionatının gümüş mükafatçısı.
Avropa Çempionlar Kubokunun beşqat qalibiyəm. Həmçinin SOCAR Azərbaycan şahmat klubunun üzvü kimi Avropa Çempionlar Kubokundə birincilik əldə etmişəm.
Mən bir çox beynəlxalq superturnirlərin, Qran Pri seriyalı turnirlərin qalibi və 2015-ci ildə Berlində sürətli şahmat üzrə dünya çempionatının bürünc mükafatçısıyam.
2019-cu ildə gərgin mübarizədə finalda dünyanın reytinq üzrə ikinci şahmatçısı çinli Dinq Lireni məğlub edərək Dünya Kubokunda ölkəmizə qızıl gətirməyi bacardım.
Həmin ilin yekunlarına görə Azərbaycanın ən yaxşı idmançısı kimi tanındım.
2021-ci ildə Maqnus Karlsenin “Championship Tour” silsiləsindən “Airthings Masters” turnirinin finalında gərgin mübarizənin yekununda Levon Aronyanı məğlub edərək turnirin qalibi oldum. “Championship Tour” yarışının final turnirində dünya çempionu Maqnus Karlsendən sonra ikinci olmaqla mötəbər yarışda ikinci yeri tutdum.
2022-ci ildə Madriddə dünya şahmat tacına iddialı 8 ən yaxşı şahmatçı iştirak etdiyi Namizədlər Turnirində üçüncü yeri tutaraq ölkəmə bürünc medal qazandırdım.
İlk dəfə 2001-ci ildə, 14 yaşım olanda millidə oynamağa başladım və bu günə qədər bir çox fiziki, psixoloji və digər problemlərə baxmayaraq, ölkəm və xalqım üçün oynamışam. Azərbaycan millisinin tərkibində üçqat Avropa çempionu oldum. 30 ildən artıqdır ki, mən şahmatda ölkəm üçün oynayıram, onun maraqlarını beynəlxalq arenada, şahmatda və ondan kənarda müdafiə edirəm, xalqımızın mənafeyini qoruyuram və bütün gücümlə dövlətimizin bayrağını yüksəklərə qaldırmağa çalışıram.
İndi mən səhhətimə görə məcburi - fors-major vəziyyətdə Olimpiadada iştirak etməməyimlə bağlı vəziyyəti izah etmək istərdim. Uzun müddətdir ki, müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas turnir olan Namizədlər Turniri gözlənildiyi kimi mənim üçün fiziki və psixoloji sağlamlığımı tamamilə pozan ən çətin sınaq oldu.
Həmçinin, turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və post-covid sindromu ilə ağırlaşmalara səbəb olan kovid xəstəliyinə tutuldum. Səhhətimin hazırkı durumunda milli komandaya xeyir verə bilmərəm, bir müddət bərpa olunmağa məcburam. Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə hər hansı bir psixo-emosional stressi qadağan edib.
Peşəkar şahmata qayıtmaq və gələcəkdə ölkəmin milli komandasına xeyir vermək üçün hər şeyi edəcəyəm. Azərbaycan milli komandasındakı bütün yoldaşlarıma qarşıdan gələn Olimpiadada uğurlar arzulayıram, onlara azarkeşlik edərək bütün görüşləri izləyəcəm və komanda yoldaşlarımlar birgə həyəcanlanacam.
Ümid edirəm ki, yenidən Azərbaycan millisində yüksək səviyyədə yarışa biləcəyəm!".
***
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirakdan imtina edib.
Bu barədə məlumatı onun komanda yoldaşı Vasif Durarbəyli verib.
O, Rəcəbovu bu addımına görə qınayıb: “Komanda yoldaşı ilə problem olmaması üçün uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar, amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik”.
Durarbəylinin sözlərinə görə, Teymurun Hindistana yollanmaması yığmamızın medal qazanmaq şansını azaldacaq: “Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə, hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa, Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rəcəbovun bu mövqeyə çatması üçün dövlət milyonlar xərcləyib. Təbii ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət, ən azı şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti, yığmada isə ümumi xeyir üçün iştirak edir”.
Millinin üzvü komanda yoldaşının geridə qalan müddət ərzində buna bənzər addımlara tez-tez əl atdığını da xatırladıb: “Kimisi Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”, - kəlamını əyani həyatımızda nümayiş etdirir. Kimisi də Rəcəbov kimi, milyonlarla yatırım alır, amma sonsuz mənəvi məsuliyyətinin olduğunu görünür, dərk etmir. 2019-cu ildə son anda yorğunluğu bəhanə edib komandanı yarı yolda qoymaq, 2021-ci ildə 8 oyun mübarizəsiz heç- heçələr, indiki imtina və hələ bildiyim, amma bölüşmədiyim bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir. Qısası, məncə, Rəcəbov iki əli qanda olsa belə, özünü bu Olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram”.
Qeyd edək ki, Rəcəbovu Olimpiadada əvəzləyəcək şahmatçı da artıq bəlli olub. 35 yaşlı qrossmeysterin əvəzinə Hindistana kapitan kimi getməli olan Nicat Abasov Teymurun yerinə mübarizə aparacaq. Komandada onunla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alacaq/APA.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda şok olay: həyat yoldaşını tavandan asan şəxs saxlanılıb
Eritreyada saxlanılan 18 Azərbaycan vətəndaşı azadlığa buraxıldı - XİN bəyanat yaydı
Natiq Cəfərli: "Dolların hegemonluğu üçün təhlükə yoxdur"
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri həbsxanada İmamoğlu ilə görüşdü: "Keyfi əla idi"
Rövşən Rüstəmovdan daha bir dəyişiklik - Təyinat
İrandan Azərbaycana PUA ilə narkotiki keçirmək istəyənlər saxlanılıb
Millətlər Liqası: Türkiyə səfərdə Macarıstana şans vermədi
Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı
Sabahın hava proqnozu açıqlanıb
ƏKRƏM İMAMOĞLU HAQDA HƏBS QƏRARI VERİLDİ - Terror ittihamından isə "yaxasını qurtardı"
İlham Əliyev Pakistan Baş nazirinə məktub göndərdi - MƏTN
"Mirzoyanın iddiaları tamamilə əsassızdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisi Haitiyə uduzub - VİDEO (Yenilənib)
Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Bıçaqlanma ittihamı
Pois Bakıda evdən qaçan 3 qızı axtarır - Birinin anası müğənnidir
Amerika İranı niyə vurmur? - İran alınmaz qaladır: 3 tərəfi dağ, 1 tərəfi okean (TƏHLİL)
AMEA-nın müxbir üzvü, professor, məşhur "91-lər"in üzvü... - Bu gün Novruz Quliyev üçün əlamətdar gündür
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub
Bakıda lombarda basqın: 30 yaşlı Savalan Balabəyli saxlanıldı
Jurnalist Etibar Cəbrayıloğluya ağır itki üz verib
Jurnalist Mübariz Zeynalovun oğlu vəfat edib
Azərbaycan nefti cüzi bahalaşdı
Kamal Kılıçdaroğlundan erkən qurultay qərarına operativ reaksiya: "CHP təslimalınmaz bir qaladır..."
İsrail ordusu Suriyanın iki hərbi bazasını bombalayıb
Gəncədə 31 yaşlı kişi küçədə bıçaqlanıb
BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
Dost adıyla zəng və pul tələsi... - DİN əhaliyə xəbərdarlıq etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Novruz bayramını belə qeyd etdi - VİDEO, FOTO
Əkrəm İmamoğlu istintaqda 28 suala cavabdan yayınıb
CHP erkən seçki qərarı verdi
QAR UÇQUNUNA DÜŞƏN ƏSGƏRLƏRİMİZİN NƏŞİ TAPILDI - MN və FHN birgə məlumat yaydı (YENİLƏNİB)
"Cənab Prezident, Əziz Qardaşım..." - Ərdoğan Azərbaycan prezidentinə belə məktub göndərdi
DAHA BİR QHT RƏHBƏRİ HƏBS OLUNDU - Məhkəmə qərar verdi
Putin İlham Əliyevi təbrik edib - MƏTN
"Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman..." - Rəsmi Bakıdan İrəvanın iddialarına etiraz gecikmədi
Sabahın hava proqnozu açıqlanıb
DTX-dən mühüm əməliyyat: deputata sui-qəsd cəhdilə bağlı daha bir nəfər həbs olunub
Sərhəddəki mövqelərimiz növbəti dəfə atəşə tutulub - MN açıqlamalar yayıb (YENİLƏNİB)
Azərbaycan nefti bir dollardan çox qalxdı
Bu bölgələrə qar yağıb - SİYAHI
Ağsuda zəlzələ oldu
Bu gün Beynəlxalq Novruz Günü elan olunub
UEFA Millətlər Liqası: Türkiyə yığması qalib gəldi