Binəqədinin icra başçısı daha bir xanıma vəzifə verdi

img

15-04-2014 [14:10]


Bakının Binəqədi rayonu İcra Hakimiyyəti daha bir xanıma vəzifə verib.Binəqədi rayonu İcra Hakimiyyətinin saytı xəbər verir ki, Aytac Pərviz qızı Əliyeva Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi təqdim edilib.

İcra başçısı Xaləddin İsgəndərov bununla bağlı müvafiq əmr imzalayıb. Yeni təyinatın Prezident İlham Əliyevin dövlət orqanlarında gənclər siyasətinin uğurla həyata keçirilməsinin bariz nümunəsi olduğu qeyd edilir.

Modern.az xatırladır ki, icra başçısı Xaləddin İsgəndərov bundan öncə daha iki xanıma vəzifə verib. Aygün Əliyeva icra başçısının müavini, Nuridə Allahyarova isə Binəqədi rayonu İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA