YAP-ın yeni mətbuat katibi bəlli oldu

img

18-07-2022 [10:00]


Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında yeni kadr təyinatı olub.

Mia.az xəbər verir ki, Nurlan Qələndərli hakim partiyanın İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

O, artıq vəzifəsinin icrasına başlayıb.

N.Qələndərli son təyinata qədər “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru işləyib.

Xatırladaq ki, həmin vəzifədə bundan əvvəl Elməddin Quliyev çalışıb. O, bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar işdən çıxıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA