Əli Əsədov İrakli Şotadze ilə görüşüb - Müzakirə (FOTO)

img

15-07-2022 [13:00]


Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA