Çempionlar Liqası: "Qarabağ" "Lex"i darmadağın edib - VİDEO
12-07-2022 [21:51]
"Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.
Mia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa "Lex"ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma "köhlən atlar"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubu matçdan öncə Tovuz döyüşlərinin 2-ci ildönümü ilə əlaqədar Vətən müharibəsi iştirakçılarına anlamlı jest edib. Qazilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Bundan başqa, müharibə iştirakçılarına matçı izləmək üçün tribunada xüsusi yer ayrılıb.
Oyuna gəlincə, start Qurban Qurbanovun baş məşqçi olduğu komanda üçün heç də uğurlu alınmayıb. Rəqib ilk hücumdaca hesabı açıb. Kristoffer Velde 20-ci saniyədə meydan sahiblərini məyus edib.
Buraxılan qoldan sonra hücuma atılan “Qarabağ” futbolçuları ardıcıl bir neçə epizodda təhlükə yaratsa da, hesabı bərabərləşdirmək mümkün olmayıb. Əvvəlcə Elvin Cəfərquliyevin sol cinahdan ötürməsinin qarşısını müdafiəçilər kəsiblər. Ardınca isə Marko Veşoviçin fərqlənməsinə Artur Rudko imkan verməyib.
Rəqib meydanında tətbiq edilən pressinqin nəticəsi kimi 14-cü dəqiqədə Kadi Borges hesabı bərabərləşdirib. Braziliyalı yarımmüdafiəçi cərimə meydançasının sol cinahından dəqiq zərbə ilə Poznan təmsilçisini məyus edib.
25-ci dəqiqədə “Qarabağ”ı əks-hücumda yaxalayan polşalılar 2-ci topu vurmağa yaxın olublar. Lakin Mixal Skurasın zərbəsi qapıdan xeyli aralı keçib. Az sonra Borges cinahdan bir rəqibini keçib iti ötürmə versə də, topa toxunan olmayıb.
38-ci dəqiqədə Joel Pereyranın zərbəsini Şahruddin Məhəmmədəliyev qaytarıb. 42-ci dəqiqədə isə Filip Ozobiç qapıçıdan qayıdan topu tora daxil etməklə, hesabı “Qarabağ”ın xeyrinə dəyişib. Beləliklə, ağdamlılar fasiləyə üstün yollanıblar - 2:1.
İkinci hissənin əvvəlində Azərbaycan çempionu 3-cü dəfə “Lex”i meydanın mərkəzinə dəvət edib. Rudkonun qaytardığı topu Kevin Medina qapıdan keçirib. Az sonra Maksim Medvedev rəqibin təhlükəli əks hücumunun qarşısını alaraq, Mikael İshakın qapıçı ilə təkbətək qalmasına mane olub.
70-ci dəqiqədə “Qarabağ” 4-cü qola yaxın olsa da, Ozobiçin cərimə zərbəsindən vurduğu topu Rudko çətinliklə dəf edib.
74-cü dəqiqədə isə Kadi Borges dubl edib. 26 yaşlı futbolçu bir neçə müdafiəçini aldadaraq, dəqiq zərbə ilə hesab arasındakı fərqi artırıb.
3 dəqiqə sonra isə meydana yenicə daxil olan Abbas Hüseynov 5-ci topu rəqibin qapısından keçirib.
Hesaba baxmayaraq, hücumlarını davam etdirən “Qarabağ” 81-ci dəqiqədə Kvabena Ovusunun fərdi ustalığı ilə hesabı artırmağa yaxın olub. Lakin qanalı hücumçunun zərbəsində azacıq dəqiqlik çatmayıb.
Beləliklə, cavab matçında “Lex”i darmadağın edən “Qarabağ” II təsnifat mərhələsində İsveçrə “Sürix”inə rəqib olub. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Polşa klubu isə yoluna UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək. Poznan təmsilçisi bu raundda "Slovan" (Bratislava, Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, sonuncu dəfə 1993/1994 mövsümündə Rusiyanın "Spartak" (Moskva) klubu Çempionlar Liqasında "Lex"ə 5 qol vurub. 1993-cü il oktyabrın 20-də keçirilmiş səfər matçında Moskva komandası 5:1 hesablı qələbə qazanıb.
Bu gün Bakıda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Polşa "Lex"inin start heyətləri açıqlanıb.
Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka
Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh
Baş məşqçi: Con van den Brom
***
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Mia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa "Lex"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.
Oyun öncəsi Ağdam klubunun heyətində hər hansı itki yoxdur. Qonaqlardan isə polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən matçı buraxacaq.
Xatırladaq ki, ilk oyunda "Qarabağ" uduzub - 0:1.
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: "Bu, böyük risk yaradır"
Afrikada nazir və məmurların olduğu təyyarə qəzaya uğrayıb - FOTO
"Bir həftədir Londondayam" - Əbülfəs Qarayev
Mətbuat katibi əvvəl vecinə almır, sonra isə... - Baş redaktor yazdı, "bizlik deyil" deyən qurum rəsmisi bu dəfə elə hərəkət etdi ki...
Fərhad Quliyev bu qurumdakı vəzifəsindən də azad edildi
İlham Əliyevdən fərman: Mərkəzi icra hakimiyyəti orqanlarının Əsasnaməsi təsdiqləndi
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
Almaniya neonasistləri axtarır: 535 nəfər gizlənib
Sergen Yalçın əməliyyat olunub
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi - ADY-də maraqlı təyinat oldu (FOTO)
Peskov: "Rusiya NATO ilə müharibə tərəfdarı deyil, ancaq..."
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş..."
Sosial şəbəkədə dələduzluq - Yüzlərlə şəxsi aldadan şəxslər tutulub
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır, reanimasiyadadır"
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi - Səbəb
SABİQ NAZİRİN OĞLUNUN MOSKVADAKI BİZNESİ: 16 milyon zərər var
"Qarabağ" azarkeşlərə müraciət edib
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib
İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜLDÜ - İH-də dava + FOTO
"O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə..." - Rəşad Məcid yeni foto yaydı
AVP-dan istefalar başlayıb: 44 nəfər üzvlükdən çıxmaq üçün ərizə yazıb - Elçin Ağamalı məhkəməyə hazırlaşır
Xidməti otaqda intim oyunlar - Polkovnik azadlığa çıxdı
Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı - Açıqlama yayıldı
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub - FOTOLAR
AGENTLİK İŞÇİSİ MİNAYA DÜŞDÜ - Ermənistanla sərhəddə
İlham Əliyevin UzA-ya müsahibəsi: Türk dünyasında yeni strateji müttəfiqlik erası - Deputat yazır
Müğənni: "Manaf Ağayev də videonu sildirib"
İran süni yağış yağdırır - Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb
Türklərin 36 faizi heç bir partiyaya inanmır - SORĞU
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir - Bu həftə
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verdi - FOTO
Sabah yağış yağacaq
PKK İraqın bu bölgəsindən geri çəkilib - Türkiyəyə görə
Çempionlar Liqasına "tarixi imza atan" qadın pilot oldu - FOTO
Livanda BMT əsgərləri tankla atəşə tutulub
Mədəniyyət Nazirliyi məlumat yayıb