Bəxtiyar Hacıyevə cinayət işi açıldı

img

14-04-2014 [17:12]


Gənc fəal, Müsbət Dəyişikliklər Hərəkatın təsisçisi Bəxtiyar Hacıyevə qarşı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb. 

Bu barədə "Qafqazinfo”ya açıqlama verən Bəxtiyar Hacıyev bildirib ki, ondan şikayətçi olan şəxslər türk iş adamı Nurettin Eres və onun aktrisa həyat yoldaşı Məlahət Əhmədovadır. 

Hacıyev bildirib ki, həmin iş adamı ondan 30 min AZN borc pul alıb və Bakıda Fənərbaxça Klubunun Məktəbini açıblar: "Pulun qaytarılacağına zəmanət kimi və ölkədən çıxmayacağına təminat vermək üçün pasportunu mənə verib. İndi də aktrisa polisə şikayət edib ki, ərimə qarşı zor tətbiq ediblər, sənədlərini güclə əlindən alıblar”.

Gənc fəal daha sonra Facebook hesabında ifadəsi ilə bağlı maraqlı məqamı qeyd edib:

"İfadə verməyə gəlmişəm, görürəm suallar da, cavablar da yazılıb. Deyirəm mənim yerimə niyə cavab yazırsınız? Deyirlər vaxtına qənaət etmək üçün”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA