Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-07-2022 [00:05]
Qoç - İntuisiyanızın səsinə qulaq asın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun. Əvvəllər əldə etdiyiniz təcrübədən yararlana bilərsiniz. Yaradıcılıq üçün əlverişli zamandır.Günün ikinci yarısında ən ağır problemi, müşkül məsələni üzbəüz söhbətdə sözmək olar. Kiçik planlaşdırmadan yan qaçmayın. Təmir, yaşam arealının rekonstruksiyası üçün münasib zamandır. Axşam saatlarında evdən çox uzağa getməyin.
Buğa - Günün ilk yarısında yaranan kiçik çətinliklər və problemlər əhvalınızı poza bilər. Hansısa əşyaları unutmaq, itirmək riski var. Görüşməli olduğunuz insanlar gecikirlər. Sənədlərin qeydiyyatında çətinliklər yaranır. Baş verənlər sizi sinirləndirməsin. Belə hadisələr yaşamınızda önəmli rol oynamayacaq.
Yaxınlarınız sizi sevindirməyə çalışırlar. Onlardan sürpriz istisna deyil. Maraqlı tanışlıq ola bilər. Axşam saatlarında tədbirə və ya məclisə dəvət ala bilərsiniz.
Əkizlər - Dəyişən şərtlərə və fərqli nüanslar kəsb edən situasiyaya alışmağa çalışın. Uyğunlaşmaya zərurət var. Amma saxtakarlıq etməyin, maskalı insan təsiri bağışlamayın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə praqmat davranın.
Hisslərin əsiri olmayın.
Günün ikinci yarısında yaxınlarınızın və ailə üzvlərinin dəstəyi ilə istənilən maneəni keçə bilərsiniz. Hücumları dəf edin.
Biznesdə ehtimallara bel bağlamayın. Səbrli olun.
Xərçəng - Adi günlərdən fərqli olaraq bu gün yaxşı tanımadığınız insanlara inana bilərsiniz. Xəyallara qapılmayın, namərdin şirin dilinə iannmayın. Bütün qüvvə və potensialınızı irreal məsələləri həll etmək cəhdlərinə tükətməyin.
Günün ikinci yarısında hədəfə çatmaq üçün imkanlarınızdan yararlanaraq optimal variantı seçin. Belədə inkişafın yeni səviyyəsinə nail olacaqsınız. Mühüm işlərin görülməsini təxirə salmayın. Yaxınlarınızdan birinin köməyinizə, yardımlarınıza ehtiyacı var. Ona arxa olun, dəstək verin.
Şir - Risk etmək olar. Avantüralara qapılmadan bütün variantları dəyərləndirsəniz, problemin asan, hətta ilk baxışdan primitiv yolunu görə bilərsiniz. Ağır fiziki işdən çəkinməyin. Emosional olmayın.
Günün ikinci yarısı maliyyə və əmlakla bağlı nüansların çözülməsi üçün əlverişlidir. Müzakirələrdə əlavə təminat istəyin. Etibarsız insanlara inanmayın.
Şəxsi münasibətlərdə sirlərin faş olması təmaslara sərinlik gətirə bilər.
Şayiələri həqiqət saymayın.
Qız - Gün narahatlıq, əndişə və həyəcan vəd edir. Amma ümumiyyətlə, hər şey pis deyil. Peşəkar fəaliyyət sahəsində yeni işlərə və layihələrə başlamaq olar. Qeyri-standart fəaliyyət variasiyaları uğura nail olmağınızı şərtləndirəcək. Hansısa məclis və ya toplantıda qarşılaşdığınız insandan indi qəfil işgüzar təklif alacaqsınız. Ailə üzvlərindən birinin problemini həll edin.
Rəğbət bəslədiyiniz insanla günün ikinci yarısında səmimi danışmaq imkanı yaranacaq.
Biznesə başlamaq, indiki rutin, bezdirici, az gəlirli işdən qurtulmaq istəmirsiniz?!
Tərəzi - İdeya və təkliflərin heç də hamısını geniş müzakirəyə çıxarmağa dəyməz. Çalışdığınız kollektivdəki ab-hava xüsusi önəm kəsb edir. Həmkarlarınızla münasibətləri normallaşdırın. Rəhbərliklə kəskin mübahisə etməyin.
Günün ikinci yarısında fərdi arealınıza kənar müdaxilələrə imkan verməyin. Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın. Təcrübəli insanın məsləhətlərindən yararlansanız, daha sürətli irəliləyişə nail olacaqsınız.
Axşam saatlarında əylənin.
Əqrəb - Günün ilk yarısı ən mürəkkəb problemlərin həllində uğur vəd edir. Dürüst qərarlar qəbul etmək üçün yaşam təcrübənizdən, peşəkar məcazlarınızdan yararlanın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır.
Çoxdan planlaşdırdığınız müzakirələrə günün ikinci yarısında başlayın. Köhnələn, aktuallığını itirən münasibətləri bərpa etmək şansları var.
Yaxın ətrafınızdakı insanların fikirlərinə laqeyd yanaşmayın.
Oxatan - Ciddi münasibət və diqqət tələb edən işlərə laqeyd yanaşmayın. Təyin edilmiş görüş, planlaşdırılmış işi unutmayın. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. İşdə rəhbərlik sizə həlim yanaşdığı üçün xüsusi problemlər yaranmayacaq.
Yaxınlarınızla münaqişə etməyin. Onların tənqidlərinə və birmənalı olmayan iradlarına aqressiv reaksiya verməyin.
Umu-küsü üçün heç bir səbəb yoxdur.
Oğlaq - İnsan psixologiyasının nüanslarını anlamağa çalışın. Gərəkli insanla münasibətləri aktivləşdirin. Peşəkar fəaliyyət və yaradıcılıq müstəvisində sizi yeni üfüqlər gözləyir.
Günün ikinci yarısında biznes və kommersiya işlərində xüsusilə diqqətli davranın. Maraqlandığınız insanla təmasları aktivləşdirin. Onun hisslərindən xəbər tutsanız, lap yaxşı olar. Laqeyd, təkəbbürlü insan təsiri bağışlamayın. Axşam saatlarını ailənizə həsr edin.
Dolça - Günün emosional fonu əlverişli deyil. Sakitliyə riayət etmək, çətin vəziyyətlərdə soyuqqanlı qalmaq çətindir. Belə situasiyalar az olmayacaq. Təmkinli davranın. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları münaqişəyə, qarşılıqlı iradlar mübadiləsinə, işə heç bir dəxli olmayan söhbətlərə çevrilməsin. Həmkarlarınızla münasibətlərdə diqqətli və sayıq olun. Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Qənaətcil davranın, gərəksiz əşyalara pul xərcləməyin. Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Yeni layihələrə başlamaq üçün əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Səhhətinizə fikir verin. Qətiyyətli və iradəli davranış indiyədək uğursuzluqla qarşılaşdığınız sahələrdə irəliləyişlərə imkan verəcək. Günün ikinci yarısında maliyyə və əmlakla bağlı problemlərin həllində təmkinqli davranın. Axşam saatlarında sevdiyiniz insanla təmaslarda spontanlıq, ekspromt, improvizələrə ehtiyac var.
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)