Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Bayramlı qəsəbə sakinləri ilə görüş keçirib - FOTOLAR
30-06-2022 [18:55]
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu tövsiyə və tapşırıqlar Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Mia.az xəbər verir ki, şəhər İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi mütəmadi hal alıb.Təsdiq edilmiş qrafikə uyğun olaraq vətəndaşlarla növbəti səyyar görüş 30 iyun 2022-ci il tarixdə Bayramlı qəsəbə klubunda keçirilib.
Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş işirakçılarını salamladıqdan sonra, ölkə başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının icrası barədə ətraflı məlumat verib.
İki il əvvəl dünyada başlayan pandemiyanın yaratdığı çətinliklərdən, sürətlə yayılan infeksiyaya qarşı ölkəmizin dünyaya nümunə olan mübarizəsindən, operativ verilən qərarlardan, profilaktik tədbirlərdən danışıb.
Pandemiyaya və ölkəmizdə aparılan 44 günlük Vətən müharibəsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq heç bir sosial layihənin dayandırılmadığını, iri zavod və fabriklərin, ticarət mərkəzlərinin fəaliyyəti dayansa da ölkə iqtisadiyatının çox ciddi çətinliklə üzləşmədiyini xatırladıb. Hətta işğaldan azad olunmuş rayonlarda dərhal yeni infrastruktur layihələrin həyata keçirildiyini, abadlıq-bərpa işlərinin aparıldığını, bu müddətdə şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqət və qayğının gücləndirildiyini diqqətə çatdırıb.
Şəhidlərin və müharibə iştirakçılarının döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyindən, xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən tədbirlərdən, beynəlxalq humanitar forumlardan, dünyanın dini liderlərinin Bakıda keçirilən görüşündən söz açaraq, həmin tədbirlərin Azərbaycanın tolerant, multikultural, mədəni, ədalətli mövqeyinin dünyaya tanıdılmasında əhəmiyyətini vurğulayıb. Hazırda ölkəmizin hər bir bölgəsində olduğu kimi Şirvan şəhərində də geniş tikinti, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, mərkəzi və məhəllədaxili yolların asfaltlandırıldığını, küçələrin işıqlandırıldığını, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulduğunu, bir sıra sosial layihələrin reallaşdığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların hər birinin vətəndaş məmnunluğunun artırılmasına, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət etdiyini söyləyib.
Millət vəkili İltizam Yusifov hər həftə müxtəlif ünvanlarda şəhər sakinləri ilə səyyar görüşlərin təşkilinin əhəmiyyətindən danışıb. Problemlərin vaxtında üzə çıxarılması və yerindəcə həll olunmasının vətəndaşlarda dövlətə inamın və etibarın güclənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Ölkə vətəndaşlarının dövlət başçısının ətrafında sıx birləşməsinin nəticəsi olaraq, respublikamızın regionun ən güclü dövlətinə çevrildiyini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə sürətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırıb. Yaxın gələcəkdə bölgələrin daha da inkişafına əmin olduğunu vurğulayıb.Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunub. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq göstərişlər verilib.
Sakinlər onların problemlərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO