Masallıda narkotikin təsiri altında “KamAZ” sürən şəxs həbs olunub

img

29-06-2022 [11:46]


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyunun 24-də saat 17 radələrində Masallı rayonunun Sərçivar kəndi ərazisində “KamAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

İdarədən Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən yoxlama zamanı sürücü, Lənkəran rayon sakini Fariz Məmmədovun avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə F.Məmmədov inzibati qaydada həbs olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA