Zaqatala rayonunda sel kəndlərə ziyan vurub - Güclü  külək evlərin damlarını da uçurub

img

29-06-2022 [10:36]


Zaqatala rayonunda sel kəndlərə ziyan vurub.

Mia.az xəbər verir ki, bu gün səhər saatlarından yağan güclü yağış Zaqatala rayonunda bir sıra fəsadlara yol açıb.

Belə ki, rayonun Muxax kəndindən axan Muxax çayının daşması nəticəsində kənddə yaşayış evlərinin həyətlərinə su dolub. Küləklə müşahidə olunan güclü yağış nəticəsində bəzi tikililərin dam örtüyü uçub, iri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda Zaqatala rayonunda güclü yağış davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA