“Şirvan Gənclər Evi”ndə “Sağlam düşüncə, sağlam gələcək” mövzusunda maarifləndirici seminar keçirilib
24-06-2022 [14:50]
Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Gənclər və İdman İdarəsinin və “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılması, mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə 26 iyun – “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş “Sağlam düşüncə, sağlam gələcək” adlı maarifləndirici seminar keçirilib.
Mia.az xəbər verir ki, seminarda Gənclər Evinin könüllüləri, orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri və tələbə gənclər iştirak edib.
Gənclər Evinin direktoru Əfqan Həsənov, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, Gənclər Evinin psixoloqu Nicat Sarxanov çıxış edərək narkomaniyanın insan həyatında yaratdığı fəsadlardan və narkomanlığın əksər hallarda ölümlə nəticələnməsindən bəhs ediblər.
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə olduğunu diqqətə çatdırıblar. Onun yayılmasının millətin sağlam həyat tərzinə təhlükə yaratdığını, cəmiyyətin özəyi olan ailənin dağılmasına, müxtəlif cinayətlərin törədilməsinə, gənc və yeniyetmələrin həyatdan tədric olunmasına və ölümünə səbəb olduğunu bildiriblər. Narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra qanun və dövlət proqramlarının qəbul edildiyini və uğurla həyata keçirildiyini vurğulayıblar.
Döyüş meydanında zəfər qazanmış dövlətin gənclərini Azərbaycanın gələcəyi, sağlam ailə, sağlam nəsillər naminə narkomaniyaya yox deməyə çağırıblar.
Sonda Gənclər Evinin təşkilatçılığı ilə könüllülər tərəfindən ərsəyə gətirilən, narkotik aludəçisi olan bir gəncin həyatından bəhs edən “Bir dəfədən heçnə olmaz” adlı qısametrajlı film nümayiş olunub.
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb