İlyas İsmayılov: “MSK məhkəməni saymır”

img

11-04-2014 [16:08]


Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov bəzi millət vəkillərinin Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsini, elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olmasını əsas gətirərək müvafiq tədbirlərin görülməsi üçün üç dəfə MSK-ya müraciət edib. 

Ədalət Partiyasından verilən məlumata görə, MSK "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq ona edilmiş müraciətlərə 1 ay müddətində cavab verməli olduğu halda bu məktublara cavab verməkdən imtina edib. 

Buna görə də İ.İsmayılov MSK-ya göndərdiyi üç sorğusuna cavab verilməsi üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun üzərinə öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ədalət Partiyasının sədrinin iddia ərizəsinə ilk baxış dünənə təyin edilsə də,  məhkəmə baş tutmayıb. Məhkəmədə Ədalət Partiyasının sədrini vəkil Adil İsmayılov və Sadiq Əfəndiyev təmsil edir. Lakin MSK-nın səlahiyyətli şəxsi və ya vəkil edilmiş nümayəndəsi məhkəməyə gəlmədiyindən proses aprelin 20-dək təxirə salınıb. Hətta hakimin yazılı şəkildə MSK-ya göndərdiyi sərəncamına rəğmən bu qurum ona qarşı irəli sürülən iddialarla bağlı cavab da təqdim etməyib. 
"Belə görünür ki, artıq MSK məhkəməni də saymır”-deyə Ədalət Partiyası bəyan edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA