Bakıda qəbiristanlıqda narkotik gizlədən şəxs saxlanılıb

img

20-06-2022 [14:30]


Bakının Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbiristanlıqda gizlədən şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov tutulub.

Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub.

Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA