Avropa çempionatı: Azərbaycanın mini-futbol yığması yarımfinala vəsiqə qazanıb

img

09-06-2022 [23:32]


Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Məlumata görə, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Növbəti mərhələdə rəqib Qazaxıstan millisi olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib