Kürdəmirdə mikroavtobus “KamAZ"la toqquşub: ölənlər və yaralananlar var

img

02-06-2022 [00:21]


Kürdəmirdə ağır yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı mikroavtobus əks istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, Ağsu rayon sakini, 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə zamanı həlak olublar.

Bundan başqa "KamAZ"ın sürücüsü 53 yaşlı, Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və "Mercedes"də olan digər sərnişin 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır xəsarətlər alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb/Report.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA