Gülər Əhmədovanın vəkili: “Elşad Abdullayevin ekstradisiyasını tələb etmişik”

img

08-04-2014 [11:39]


"Məhkəmədə əlavə şahidlərin dindirilməsi, ekspertin dindirilməsi olacaq. Elşad Abdullayevin Azərbaycana gətirilməsi məsələsi məhkəmədə yenidən qaldırılacaq”. Bunu Modern.az-a açlıqlamasında Gülər Əhmədovanın vəkili Əfsər Talıbov deyib. O bildirib ki, Apelyasiya Məhkəməsində qismən istintaq araşdırması keçiriləcək. Prosesdə əlavə şahidlərin və ekspertin dindirilməsi olacaq.

"Dəfələrlə Elşad Abdullayevin Azərbaycana gətirilməsini tələb etmişik. Apelyasiya Məhkəməsində yenidən bu məsələni qaldıracağıq”.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsiri bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb və Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA