Deputatdan sensasion xəbərdarlıq: “Əhali ödənişlərdən imtina edə bilər”

img

07-04-2014 [13:48]



"Ümumiyyətlə, yanacağın bahalaşması hər bir şeyə təsir edən amildir. Nə qədər desələr də ki, digər məhsullar bahalaşan deyil, bu qaçılmazdır, bahalaşmalar olacaq və benziin qiyməti bütün sahələrə təsir edəcək”.

Virtualaz.org bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat benzinin bahalaşmasının kommunal xidmət haqlarına təsirindən danışarkən bildirib ki, Azərbaycanda sözügedən xidmətlərin qiyməti kifayət qədər yüksəkdir: "Növbəti artım sosial gərginliyə səbəb olacaq. Əhali hətta ödənişlərdən imtina edə bilər. Düşünürəm ki, bu da əlavə problemlər yaradacaq”.

Qeyd edək ki, aprelin 4-dən ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində Ai-95 markalı avtomobil benzini satışdan çıxarılıb. Əvəzində məntəqələrdə "Premium Avro-95” markalı benzinin satışına başlanılıb. Bu markalı benzinin 1 litrinin qiyməti 93 qəpiyə satılır.

Aİ-95 markalı benzinin litri isə 80 qəpik idi.

Benzin satışında baş verən bu dəyişiklik əhali arasında ciddi narazılıq doğurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA